Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Pirallahı rayonunda 3 küçədə təmir işləri aparılır VİDEO/FOTO

    7 hours ago

    Finss.az - Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat, Sahil və Dostluq küçələrinin əsaslı təmiri aparılır.    Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.    Hazırda uzunluğu 880 metr olan Dostluq küçəsində torpaq işləri, 850 metr uzunluğunda olan Sahil küçəsində torpaq və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 435 metr uzunluğa malik Mətbuat küçəsində isə yeni asfalt örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.    Hər üç küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir.   “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.    Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.    YOLUNUZ AÇIQ OLSUN... Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Chery “Çin G-Class”ı adlandırılan yeni hibrid krossoverini təqdim etdi
    Next Article
    Azərbaycanda kompüter və elektron məhsulların istehsalı artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment