Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Politico": Tramp prezident olduqdan sonra ABŞ populyarlığını itirməyə başlayıb

    20 hours ago

    ABŞ bu ölkənin hazırkı prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra dünyada populyarlığını itirməyə başlayıb.  HİT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti cari il üçün Demokratiya Qavrama İndeksinə (DPI) istinadən yazır. Məqalədə deyilir: "Respondentlərin əksəriyyəti Birləşmiş Ştatlara ümumiyyətlə mənfi münasibət bəsləyir, bu, 2024-cü illə müqayisədə reputasiyanın kəskin azalması deməkdir". Jurnalistlərin məlumatına görə, tədqiqatda 100 ölkədən 110 mindən çox insan iştirak edib. Respondentlərə demokratiya və müxtəlif geosiyasi hadisələr haqqında təsəvvürləri ilə bağlı suallar verilib. Nəticədə analitiklər müəyyən ediblər ki, ABŞ-ın populyarlığı ən çox Avropa İttifaqına üzv ölkələrin sakinləri arasında azalıb. Vəziyyəti şərh edən NATO-nun keçmiş baş katibi və sorğunun müəlliflərindən biri Anders Foq Rasmussen etiraf edib ki, ABŞ-ın nüfuzunun bu qədər kəskin şəkildə aşağı düşməsi onu təəccübləndirməyib. Eyni zamanda, Çin araşdırmada ilk dəfə olaraq dünyada populyarlıq baxımından ABŞ-ı geridə qoyub. Analitiklər Rusiyanın nüfuzunun tədricən artdığını da qeyd ediblər. Bundan əlavə, DPİ ayrı-ayrı siyasətçilərin populyarlığını nəzərə alıb. Respondentlərin yalnız 27%-i Amerika liderinin fəaliyyətini müsbət qiymətləndirib. Çin prezidenti Si Szinpin və Rusiya prezidenti Vladimir Putin öz növbəsində hər biri 32% müsbət qiymət alıblar. Samir
    Click here to Read more
    Prev Article
    BƏƏ Qazaxıstan ərazisində TBNM layihələrinin inkişafına töhfə verəcək
    Next Article
    Moldova Aİ ilə 1,9 milyard avro cəlb etmək üçün saziş imzalayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment