Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Polşa XİN: Ukrayna döyüşü dayandırsa, mövcudluğunu itirəcək

    5 hours ago

    "ABŞ prezidenti Donald Tramp Vladimir Putini Ukraynaya qarşı təcavüzü dayandırmağa inandırmalıdır. Əgər Ukrayna döyüşü dayandırsa, o, mövcudluğunu dayandıracaq". HİT.az Polşa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Polşanın xarici işlər naziri Radoslav Şikorski Şimal-Baltik Səkkizliyi (NB8) və “Veymar üçbucağı” ölkələrinin (Polşa, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşündə deyib. "Xatırladıram ki, Putin döyüşü dayandırsa, bu müharibə bitəcək. Ukrayna döyüşü dayandırsa, bu, Ukraynanın sonu olacaq. Nə etmək lazımdır: Putinə bu fəlakətli, cinayətkar təcavüzə son qoymaq üçün səbəb vermək lazımdır. Prezident Trampı bu fikrə inandırmağa çalışacağıq", deyə Şikorski vurğulayıb. Polşanın xarici işlər naziri Radoslav Şikorski qeyd edib ki, Polşa Qrenlandiyanı Danimarkanın ərazisi hesab edir və "çox gözəl" olmasına baxmayaraq, Bornholm adasına ərazi iddiaları irəli sürmür. Samir
    Click here to Read more
    Prev Article
    ATU-da 171 min manatlıq ingilis dili təlimi
    Next Article
    Azərbaycana gələn sel Xəzərin suyunu nə qədər artıracaq?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment