Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO

    1 hour ago

    Əmanətlərin Sığortalanması Fonduna yenidən icraçı direktor təyin edilən Tural Qüdrət oğlu Piriyev barədə maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, Tural Piriyev tanınmış jurnalist, veteran qəzetçi Qüdrət Piriyevin oğludur. Valyuta.az "Musavat.com"a istinadən xəbər verir ki, həmkarımız Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il sentyabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində əyani təhsil alıb. Jurnalistikaya 1978-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayan Qüdrət Piriyev daha sonra 1979–1988-ci illərdə “Bakı-Baku” qəzetində çalışıb. 1988-ci ilin aprel ayından etibarən “Xalq qəzeti” redaksiyasında (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində çalışıb. 2014-cü il fevralın 1-dən etibarən qəzetin baş redaktorunun birinci müavini postunu tutur. 27 ildir fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. O, yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Ailəlidir, üç oğlu və dörd nəvəsi var. Qüdrət müəllimin oğlu Tural Piriyev isə 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib. 2014–2015-ci illərdə İngiltərənin Durham Universitetində magistratura pilləsi üzrə təhsil alıb. 2005–2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib. 2003-cü ildən əmək fəaliyyətinə başlayan Tural Piriyev özəl sektorun müxtəlif sahələrində çalışıb. O, 2007–2012-ci illərdə “PAŞA Holding” MMC-də hüquqşünas, 2012–2014-cü illərdə isə “Kapital Bank” ASC-nin hüquq departamentinin direktoru olub. Bu müddət ərzində o, “Kapital Bank” ASC-nin audit komitəsinin üzvü, “PAŞA Həyat Sığorta” ASC-nin təftiş komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının təftiş komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2016-cı ildən 2020-ci ilin may ayınadək “PAŞA Holding”in Türkiyə nümayəndəliyinin rəhbəri olub. Eyni dövrdə Türkiyədə bir neçə şirkətdə – “PD Turizm ve Gayrimenkul A.Ş.” və “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” – rəhbərlik və müşahidə şurası üzvlüyü vəzifələrini icra edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2020-ci il tarixli sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib. Hazırda yenidən həmin vəzifəyə təsdiqlənib. İngilis, rus və türk dillərini bilən Tural Piriyev ailəlidir, iki övladı var.
    Click here to Read more
    Prev Article
    “Sübhan” MMC-nin rəhbərinə “stop” qoyuldu
    Next Article
    Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment