Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Psixoloq münasibətləri "öldürən" günahsız ifadələri açıqladı

    1 week ago

    İnsanlar bəzən münasibətlərdə istifadə etdikləri ifadələrin təsirini qiymətləndirməyə bilər. Lakin psixoloqlar xəbərdarlıq edirlər ki, bəzi "günahsız" görünən sözlər münasibətləri sarsıda və qarşı tərəfdə alçaldılmış, sevilməyən biri olduğu hissini yarada bilər.  HİT.az xəbər verir ki, ABŞ-ın CNBC platformasında dərc olunan məqalədə, 30 ildən artıq təcrübəyə malik ailə və fərdi terapevt Reyçel Qlik münasibətlərdə hansı ifadələrdən uzaq durmalı olduğumuzu izah edir. 1. Alçaldıcı və lağedici ifadələr Bu cür ifadələr birbaşa tərəfdaşınıza yönəldilə və ya başqalarının qarşısında onun nüfuzuna xələl gətirə bilər. Nümunələr: "Doğrudan da ikinci porsiya?" "O, həmişə belə edir". "Ona fikir verməyin". 2. Sarsazlıq və ironik ton Sarsaz ifadələr tərəfdaşda dəyərsiz hissi yaradır və münasibətlərdə gərginliyə səbəb ola bilər. Nümunələr: "Uşaqlara qışqırdığın üçün əhsən!" "Həqiqətən bunu geyinəcəksən?" "Elə bil bu, fəxr ediləsi bir şeydir". 3. Reallığı təhrif edən manipulyativ danışıq tərzi Bu cür ifadələr qarşı tərəfdə öz ağlını, yaddaşını və həqiqət hissini şübhə altına almağa səbəb olur. Nümunələr: "Hər şey tamam fərqli idi". "Mən bunu deməmişəm, sən səhv başa düşmüsən". "Əgər sən həqiqətən belə düşünürsənsə, dəli olmusan". 4. Etiketləyən, təhqiredici və diaqnoz qoyan ifadələr Psixoloji etiketlər və təhqiramiz sözlər münasibətlərə dərin zərbə vurur. Nümunələr: "Anan səni ərköyün böyütdüyü üçün sən də uşağı ərköyünləşdirirsən". "Sən çox eqoistsən". "Bu, tipik özünübəyənmiş hərəkətdir". 5. Günahı başqasına yükləmək Qəzəbi və məsuliyyəti tərəfdaşa yönəltmək münasibətdə inamsızlıq yaradır. Nümunələr: "Qışqırmaqdan nifrət edirəm, amma sən məni bu hala salırsan". "Məni günahkar hiss etdirirsən". "Sən bir az da səy göstərsəydin, mən qarışmazdım". 6. Duyğulara qarşı empatiyanı bloklayan məsləhətlər və sorğular Tərəfdaşın hisslərinə qarşı diqqətsizlik münasibətlərdə soyuqluq yarada bilər. Nümunələr: "Niyə daha əvvəl mənə demədin?" "Sadəcə fikir vermə, olsun bitsin". "Mən bunu onlarla dəfə etmişəm, heç də çətin deyil". Çıxış yolu nədir? Reyçel Qlikin sözlərinə görə, bu cür vəziyyətlərdə ən yaxşı həll yolu pauza verməkdir. Hirsli və emosional anda bir neçə dəqiqəlik fasilə, hətta lazım gələrsə bir neçə günlük uzaqlaşma, münasibətləri qorumağa kömək edə bilər. Cütlüklərə bu vəziyyətlər üçün "kod sözü" yaratmaq da tövsiyə olunur. "Əsas məqsəd, emosional reaksiya ilə verbal cavab arasındakı boşluğu artırmaqdır. Bu yavaşlatma strategiyası bizi daha düşüncəli və şəfqətli tərəfdaşa çevirir", deyə psixoloq vurğulayır. Samir
    Click here to Read more
    Prev Article
    Bu yay hit olacaq 5 geyim tərzi: Özünüzü kraliça kimi hiss edəcəksiniz
    Next Article
    “Avant Group” ağacları kəsib, 100 min ziyan vurub – Cinayət işi başlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment