Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qabiliyyət imtahanına buraxılmaq üçün bal limiti artırılıb?

    5 hours ago

    Dövlət İmtahan Mərkəzi tərəfindən 2025/2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri təqdim edilib.  Abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı müvafiq şərtləri ödədiyi halda onlar qabiliyyət imtahanlarına buraxılırlar. Beləliklə, qabiliyyət imtahanlarına buraxılmaq üçün tələb olunan bal limiti 10 bal artırılıb. Bu dəyişiklik narazılığa səbəb olub. Dəyişikliyin nə kimi təsiri olacaq?  Təhsil eksperti İlqar Orucov Hit.az-a deyib ki, 2024-cu ildə 150 balla müsabiqəyə qatıla bilərdi. İdıman ixtisası üzrə təhsil almaq istəyən şəxs 150 balla müsabiqəyə keçə bilərdi: “Ancaq bu il 150 bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə kifayət qədər çoxdur. Bu qədər insanı müsabiqəyə buraxmaq imkansız olduğu üçün balı qaldırıblar. 10 ballıq artımla gənclər idman ixtisası üzrə müsabiqədə iştirak edə biləcək. Bu məsələdə narazılığa əsas yoxdur”. Sevinc
    Click here to Read more
    Prev Article
    Avropada soyuq qışların səbəbi: Sakit okeanda vulkan püskürməsi...
    Next Article
    İngiltərə Bankı gözlənildiyi kimi uçot dərəcəsini 25 bps azaldıb. - 4,25%-ə qədər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment