Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qafqazda kazino biznesi necə inkişaf edir?

    13 hours ago

    Gürcüstanda turizmin inkişafında ən böyük pay sahibi sahələrdən biri kazinolardır. Valyuta.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, iqtisadiyyatının əhəmiyyətli hissəsi məhz bu sektorun hesabına formalaşır. Qumar turizmi baxımından xüsusilə önə çıxan bölgə Batumidir. "Kiçik Las-Veqas" kimi tanınan bu şəhərdə hazırda 67 kazino fəaliyyət göstərir. Paytaxt Tbilisidə isə 6 belə obyekt mövcuddur. Gürcüstan Oyun Biznesi Assosiyasiyasının rəhbəri bildirib ki, ölkəyə mərc oyunları üçün əsasən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Türkiyə vətəndaşları səfər edir: "Xarici qonaqlar yalnız kazino deyil, eyni zamanda Gürcüstanın digər turizm imkanlarından da yararlanırlar. Bu isə ölkəmizin iqtisadi inkişafına böyük töhfə verir. Qumar turizminə gələnlər arasında azərbaycanlıların xüsusi çəkisi var". Azərbaycandan da hər il yüzlərlə vətəndaş kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və digər ölkələrə səfər edir. Bu tendensiya təkcə fərdi maraq deyil, həm də böyük həcmdə vəsaitin xarici bazarlara axması anlamına gəlir. Region ölkələri əyləncə və kazino turizmi vasitəsilə büdcələrinə milyonlarla gəlir əlavə etdiyi bir vaxtda, Azərbaycan bu sahədəki potensialından hələ də tam istifadə edə bilmir. Mütəxəssislərin fikrincə, bu fəaliyyətlərin nəzarətli şəkildə leqallaşdırılması həm turizmin canlanmasına, həm də vergi daxilolmalarının artmasına, qeyri-rəsmi iqtisadiyyatın tənzimlənməsinə və maliyyə şəffaflığının təmininə xidmət edə bilər. Ətraflı süjetdə:
    Click here to Read more
    Prev Article
    Eski Rockstar Çalışanı Açıkladı: GTA 6, Bir Kez Daha Ertelenir mi?
    Next Article
    Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment