Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qarabağ turu 139 AZN-dən başlayır: Nəqliyyat, hotel və səhər yeməyi daxil

    6 hours ago

    TİME to travel şirkəti 9-10, 17-18, 24-25, 28-29 May tarixlərində 2 günlük Qarabağ turu təşkil edir. Finss.az xəbər verir ki, turun qiyməti 139-149 AZN arasında dəyişir və səhər yeməyi daxildir. Qiymətə portal qeydiyyatı, nəqliyyat xidməti, professional tur rəhbəri, hoteldə gecələmə (Abdallar və Həkəri koteclərində) və səhər yeməyi daxil edilir. Tur çərçivəsində gəzintilər Laçın, Şuşa, Xankəndi, Ağdam, Əsgəran, Zəngilan və Cəbrayıl şəhərlərində keçiriləcək. Laçında Seyrəngah, Bayraq Meydanı, Mədəniyyət Evi, Həkəri Çayı və Zabux kimi yerlər ziyarət ediləcək. Şuşada M.P. Vaqif Məqbərəsi, Şuşa Qalası, Üzeyir Hacıbəyli heykəli, Natəvan bulağı və digər tarixi məkanlar proqramda yer alır. Xankəndi şəhər gəzintisi, Ağdam Cümə Məscidi, Əsgəran Qalası, Ağalı kəndi və Xudafərin su anbarı da turda iştirakçılarla birlikdə ziyarət olunacaq. Turda 0-5 yaşa qədər uşaqlar ödənişsizdir, lakin portal qeydiyyatı üçün əlavə 10 AZN ödənilir. Xarici vətəndaşlar üçün tur qiyməti 15 AZN əlavə hesablanır. Toplanış saat 04:30-da Gənclik metro stansiyası, Caspian Shopping qarşısında, çıxış isə 05:00-da başlayacaq. Bakıya dönüş təqribən 23:00-00:00 saatlarında planlaşdırılır. Əlavə məlumat və qeydiyyat üçün (077) 331 14 51 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Rusiya ilə Ukrayna arasında tarixi saziş İstanbulda imzalanacaq?
    Next Article
    Biznesini genişləndirmək istəyən sahibkarlara uzunmüddətli zəmanətli kredit

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment