Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qeydiyyatda olan kommersiya qurumlarının sayı 8,4 faiz artıb

    58 minutes from now

    2025-ci ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1.621.818 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 195.263 vahid təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında 4.995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,5 faizi yerli investisiyalı, 10,5 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
    Click here to Read more
    Prev Article
    Xalq Bank-dan sahibkar və hüquqi şəxslərə Mastercard Business kartı hədiyyə!
    Next Article
    BYD yeni zavodun açılışını təxirə salıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment