Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qocalar evində neçə ahıl yaşayır?

    8 hours ago

    Azərbaycanda son illər valideyn himayəsindən məhrum olan uşaqlar və baxıma ehtiyacı olan ahıllar üçün tədbirlər görülür. Onlara dövlət tərəfindən xüsusi xidmət göstərilir. Həmin uşaqların və ahılların əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində yaşayır. Valyuta.az xəbər verir ki, Modern.az həmin müəssisələrdə neçə uşaq və ahıla xidmət göstərildiyini öyrənmək üçün Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 841 uşağa xidmət göstərilir. Onlardan 488 nəfəri uşaq evləri və ailə tipli kiçik qrup evlərində, bir hissəsi isə Agentliyin digər müəssisələrində yaşayır. Ümumilikdə, Agentliyin bütün müəssisələri üzrə xidmət göstərilən uşaqlardan 332 nəfəri əlilliyi olan uşaqlardır. Qeyd edilib ki, uşaqlar müəssisələrə qəbul olunduqdan sonra sosial işçi tərəfindən əsaslı qiymətləndirmə aparılır, fərdi qayğı planı hazırlanır və sosial reabilitasiya prosesinə cəlb edilirlər. Fərdi iş planı üzrə və  digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır. Həmçinin müəssisə sakinlərinin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.  Ahıl şəxslərlə bağlı isə qeyd edilib ki, agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Burada onlara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir.  Müəssisədə hazırda 231 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 118 kişi, 113 qadınlardır. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər və s. təşkil olunur.
    Click here to Read more
    Prev Article
    Bakıda bu nömrəli avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
    Next Article
    "TikTok"un baş icraçı direktoru öz övladlarına tətbiqdən istifadə etməyə icazə vermir - SƏBƏB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment