Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Quba-Qusar turu: Laza şəlaləsi, Qəçrəş meşəsi və daha nələr

    7 hours ago

    "Cosmic Travel" turizm şirkəti tərəfindən may ayı ərzində müxtəlif tarixlərdə — 10, 11, 17, 18, 24, 25, 28 və 31-də birgünlük Quba-Qusar turu təşkil olunacaq. Finss.az xəbər verir ki, tur çərçivəsində iştirakçılar Laza şəlaləsi, Qəçrəş meşəsi və Macəra Lake Park kimi məşhur məkanları ziyarət edəcəklər. Qeyd olunub ki, turun ekonom paketi 25, standart paketi isə 29 manat təşkil edir. Qiymətə nəqliyyat xidməti, tur rəhbəri, ekskursiyalar, yolboyu əyləncəli oyunlar və çay süfrəsi daxildir. Standart paketə əlavə olaraq səhər yeməyi də təqdim olunur. Toplanış saat 06:30-da Gənclik metrosu yaxınlığında Caspian Shopping-in qarşısında olacaq, çıxış isə saat 07:10-da planlaşdırılır. Təqribi olaraq, iştirakçılar saat 22:00-da Bakıya geri qayıdacaqlar. Şirkətdən o da bildirilib ki, 10 nəfərlik qrup təşkil edən şəxs turda ödənişsiz iştirak edə bilər. 0-5 yaş arası uşaqlar üçün tur pulsuzdur (nəqliyyatda yer tutulmadıqda). Tur zamanı spirtli içkilərin istifadəsinə icazə verilmir. Eyni zamanda, minimum 18 nəfərlik qrup toplayanlar üçün fərdi turların təşkil olunması da mümkündür. Ətraflı məlumat üçün keçid: //turlar.az/1-gunluk-quba-qusar-turu-103325.html Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    VTB Rusiyada tibbi turizmin inkişafına dair layihəyə start verir
    Next Article
    Copilot Vision Artık Windows 11’de Neler Yapılabileceğini Gösterebiliyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment