Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sabah şimşək çaxacaq

    3 hours ago

    Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Valyuta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bidirilib ki, mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
    Click here to Read more
    Prev Article
    Airbnb Artık Sadece "Kalacak Bir Yer" Bulduğunuz Bir Uygulama Değil! İşte Her Biri Çok İşinize Yarayacak Yepyeni Özellikler
    Next Article
    “Melissa Group”un rəhbəri həbsdən buraxıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment