Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sabunçu rayonunda təmir işləri aparılır

    1 week ago

    Finss.az - Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Sabunçu rayonu Savalan yaşayış massivinin uzunluğu 2.15 km, hərəkət hissəsinin eni 6 metr olan Sadiq Feyziyev küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.   Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılır.  Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Hazırda küçədə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla aparılır.   YOLUNUZ AÇIQ OLSUN... Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    “Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim
    Next Article
    Ziya Əliyev müşavir vəzifəsindən azad edildi – FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment