Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sahibkarın 800 minə yaxın borcu var

    4 hours ago

    Azərbaycanda 40 yaşlı sahibkar qadının 789.902,58 manat məbləğində vergi borcu olduğu üçün onun ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo-nun əldə etdiyi məlumata əsasən, "Badam Pro" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Xəlilova Flora İdris qızının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göstərilən məbləğdə vergi borcu yaranıb. 1985-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olmuş və hal-hazırda həmin kənddə qeydiyyatda olan Flora Xəlilovanın borcunu ödəməsi üçün vergi orqanı məhkəməyə müraciət edib.  Məhkəmənin qərarına əsasən, sahibkara borcu ödəməsi üçün vaxt verilib və onun ölkədən çıxışına qadağa qoyulub. Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan "Badam Pro" MMC riskli vergi ödəyicilərinin siyahısına daxil edilib.  
    Click here to Read more
    Prev Article
    Terör örgütü PKK kongreyi topladı! DEM’Lİ PERVİN BULDAN’DAN İLK MESAJ
    Next Article
    Türkiye-İspanya maçının stadyumu açıklandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment