Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sahibkarlar üçün xüsusi kredit imkanları: Faizlər 11.95%-dən başlayır

    3 hours ago

    "Bank of Baku" ASC Sahibkarlar Həftəsi çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün xüsusi kredit məhsulları təklif edir. Finss.az xəbər verir ki, keditlər Azərbaycan manatı ilə rəsmiləşdirilir. Faiz dərəcəsi illik 11.95 faizdən başlayır. Komissiya haqqı minimum 0 faiz olaraq müəyyən edilir. Kredit üzrə ödənişlər aylıq annuitet qrafiki ilə həyata keçirilir. Əgər əsas məbləğ üzrə ödəniş qabaqlanarsa, faiz gecikmələri gecikmə kimi hesablanmır. Kredit üçün zaminlik tələbi müştərinin rəsmi gəlirlərinə və borclanma limitinə uyğun olaraq müəyyən edilir. 30 000 manata qədər məbləğdə kredit zaminsiz təqdim oluna bilər. Borcalanlar minimum 20 yaşda olmalı, kredit öhdəliyinin son ödəniş tarixinə qədər maksimum yaş həddi 70-dən çox olmamalıdır. Kredit üçün tələb olunan sənədlər şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya rəsmi gəlirləri təsdiqləyən sənədlərdir. Kampaniya çərçivəsində kreditlərə 5 faizədək endirim və minimum 0 faiz komissiya tətbiq edilir. Bundan əlavə, sahibkarlar kreditlər üçün 12 ayadək güzəşt müddətindən yararlana bilərlər. Bankda hesab açmaq və “İşkart” biznes kartını 1 illik müddətə əldə etmək pulsuzdur. Banka ilk dəfə müraciət edən sahibkarlara əməkhaqqı kartları 5 illik müddətə ödənişsiz təqdim olunur. Əməkhaqqı köçürmələri isə 12 ay müddətinə komissiyasız həyata keçirilir. Hazırda digər banklardan kredit götürmüş sahibkarlar endirimli kredit transferindən faydalana bilərlər. Bu zaman komissiya və faiz dərəcəsinə xüsusi güzəştlər tətbiq olunur. Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/kreditler/kampaniyalar/333 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Zaxarova: İstanbul danışıqları günortaya qədər təxirə salınıb
    Next Article
    Neft-Qaz sektorunda işçi sayı azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment