Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sahibkarlara invoys əsasında 1 milyon manatadək maliyyə dəstəyi

    15 minutes from now

    "Rabitəbank" ASC ölkə üzrə sahibkarlığın inkişafına dəstək məqsədilə yeni kredit məhsulu təqdim edib. Finss.az xəbər verir ki, “İnvoysların maliyyələşdirilməsi” adlanan bu məhsul hüquqi və fiziki şəxs olan sahibkarlara təqdim etdikləri invoyslar əsasında debitor borclarını maliyyələşdirmək imkanı yaradır. Yeni məhsuldan yararlanmaq üçün sahibkarların ölkə ərazisində minimum 12 ay ardıcıl və fasiləsiz rəsmi fəaliyyət göstərməsi tələb olunur. Kreditin təyinatı müqavilə əsasında verilmiş invoyslar və elan olunmuş hesab-fakturalar üzrə maliyyələşməni əhatə edir. Maliyyələşdirmə limiti təqdim olunmuş invoysların ƏDV çıxıldıqdan sonra qalan məbləğinin 90 faizini keçməmək şərti ilə minimum 30 min, maksimum 1 milyon manat ekvivalentində müəyyən edilib. Hər invoys üzrə minimal məbləğ isə 500 manat təşkil edir. Kredit AZN valyutası ilə maksimum 3 ay müddətinə, 2 ay güzəşt dövrü olmaqla təqdim olunur. Faiz dərəcəsi kreditin məbləğindən asılı olaraq dəyişir: 30 001 - 250 000 manat arası üçün 13%, 250 000 - 1 000 000 manat arası üçün isə 12%. Effektiv illik faiz dərəcəsi (FİFD) 12%-dən başlayaraq maksimum 20.01%-ə qədər dəyişə bilər. Təminat kimi maliyyələşdiriləcək invoys üzrə debitor borc, şirkət rəhbərliyinin zaminliyi və lazım olduqda əlavə zaminlik tələb olunur. Kreditin rəsmiləşdirilməsi üçün hüquqi sənədlərlə yanaşı, alqı-satqı müqavilələri, invoyslar, hesab-fakturalar və bank dövriyyəsi hesabatları təqdim edilməlidir. Əlavə olaraq, alıcı ilə satıcı arasında minimal əməkdaşlıq müddəti 6 ay, icra edilmiş faktura sayı isə azı 2 ədəd olmalıdır. Satıcının bank hesabı mütləq Rabitəbank ASC-də açılmalı və müqavilədə bu rekvizitlər göstərilməlidir. Rabitəbank yeni məhsul vasitəsilə KOB-ların likvidlik ehtiyaclarını qarşılamağı və biznes fəaliyyətlərinin daha dayanıqlı şəkildə davam etməsinə dəstək verməyi hədəfləyir. Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/invoyslarin-maliyyelesdirilmesi Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Aktau yaxınlığında qəzaya uğrayan təyyarə təhlükəsizlik qaydalarını pozduğu üçün araşdırılır
    Next Article
    Nissan-ın rekord zərərləri: 20.000 işçinin ixtisarı gözlənilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment