Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sahibkarlığa 3 milyon manatadək zəmanət, 5 milyon manatadək kredit imkanı

    5 hours ago

    Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC, İpoteka və Zəmanət Fondu vasitəsilə sahibkarlara daha əlçatan maliyyələşdirmə imkanları təqdim edir. Finss.az xəbər verir ki, məqsəd ölkədə biznes mühitini gücləndirmək, əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün şəffaf və səmərəli maliyyə alətlərini genişləndirməkdir. Kreditin əsas parametrləri İpoteka və Zəmanət Fondu çərçivəsində təqdim olunan kreditlərin məbləği minimum 30.000 manat, maksimum isə 5 milyon manat həcmində müəyyən edilir. Qeyd edək ki, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə bu məbləğ 10 milyon manatı keçməməlidir. Kreditin müddəti aşağıdakı qaydada müəyyən olunur: Ümumi müddət: maksimum 7 il; Əsas vəsaitin maliyyələşdirilməsi üçün: 36 ayadək; Dövriyyə vəsaitinin maliyyələşdirilməsi üçün: 24 ayadək; Güzəşt müddəti: maksimum 24 ay; Kredit xəttinin müddəti: maksimum 12 ay. Faiz subsidiyası və komissiya Bu kreditlər üzrə komissiya haqqı 2% təşkil edir. Kreditlər üzrə faiz subsidiyası da nəzərdə tutulub: Əgər kreditin illik faiz dərəcəsi 20%-dən çox deyilsə, dövlət tərəfindən subsidiyalaşdırma tətbiq olunur. Müddəti 3 il və az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8%-i subsidiyalaşdırılır. Müddəti 3 ildən artıq olan kreditlərdə isə subsidiyalar maksimum 3 il müddətində qüvvədə olur. Zəmanət şərtləri Fond tərəfindən verilən zəmanətlər yalnız əsas borc üzrə tətbiq edilir. Zəmanətin kreditə nisbəti 15%-dən az, 85%-dən çox olmamalıdır. Bir borcalan üzrə minimum zəmanət: 15.000 manat; Maksimum zəmanət: 3.000.000 manat; Əlaqədar borcalanlar qrupu üzrə maksimum zəmanət: 6.000.000 manat. Zəmanət üzrə öhdəliyin icrası Əgər zəmanət verilmiş kredit üzrə gecikmə müddəti 120 günü keçərsə, müvəkkil bank Fond qarşısında tələb irəli sürmək hüququ qazanır. Bu tələb 150 gün ərzində qüvvədə qalır. Müəyyən olunmuş müddət ərzində müraciət olunmadıqda, zəmanət qüvvədən düşür. Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/21/820 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Çelyabinsk vilayətində yeni göbələk növləri tapılıb
    Next Article
    İşinizi genişləndirmək üçün aktivlərin möhkəmləndirilməsi krediti

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment