Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Saleh Məmmədovdan həbs edilən məmurun yerinə YENİ TƏYİNAT

    2 hours ago

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərkibində fəaliyyət göstərən "14 nömrəli Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni direktor təyin edilib. Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə Ceyhun Vahid oğlu Barxalov təyin olunub. Xatırladaq ki, sözügedən vəzifəni əvvəlcə Rüstəm Kamal oğlu Paşayev icra edirdi. O, 2024-cü ilin mart ayında vəzifəsindən azad olunub. Rüstəm Paşayev Məlumata görə, Rüstəm Paşayevin bu ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayevə tərəfindən Maqov kəndi ərazisindən keçən yolun üzərində yerləşən, ümumi dəyəri 136 min manat olan müxtəlif növ ağacların qanunsuz şəkildə və ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsində əsaslı şübhələr müəyyən edilib. Bu əməl nəticəsində təbiətə ciddi ziyan dəyib, bir çox ağacların bioloji inkişafına mənfi təsir göstərilib. Rüstəm Paşayevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsini təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. O, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs edilib.
    Click here to Read more
    Prev Article
    Yapay Zekâlardan Kısa Cevaplar İstemenin Halüsinasyon Görme İhtimalini Artırdığı Keşfedildi (Bırakın Uzun Uzun Yazsın)
    Next Article
    Türkiyədə 126 nəfər toyuqdan zəhərləndi -

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment