Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Saudi Aramco 2025-ci ilin birinci rübündə gəlirini 5% azalıb

    1 hour ago

    Finss.az - Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Arabian Oil Co. (Saudi Aramco) 2025-ci ilin ilk rübündə təmiz gəlirləri 5% azalıb. Bu azalma xam neftin qiymətinin azalması ilə əlaqələndirilir, lakin şirkət hələ də analitiklərin proqnozlarını üstələyib. Şirkətin açıqlamasına görə, 2025-ci ilin yanvar-mart aylarında təmiz gəlir 26,01 milyard dollar olub. Bu, keçən ilin eyni dövründə qeydə alınan 27,27 milyard dollara nisbətən azalma göstərir. Lakin bu göstərici analitiklərin gözlədiyi 25,745 milyard dollar həddini üstələyib. Birinci rübdə xam neftin orta satış qiyməti 76,3 dollar/barel olub, keçən ilin eyni dövründə isə bu rəqəm 83 dollar/barel idi. Saudi Aramco-nun ümumi hidrokarbon istehsalı yanvar-mart dövründə sutkada 10,3 milyon barel neft ekvivalentini təşkil edib. Keçən ilin eyni dövründə bu göstərici 10,52 milyon barelə bərabər idi. Şirkətin kapital qoyuluşları da artaraq 12,55 milyard dollara çatıb, 2024-cü ilin birinci rübündə isə bu rəqəm 10,83 milyard dollar olub. Saudi Aramco, 2025-ci ilin birinci rübü üzrə gəlirləri ilə bağlı əsas dividend ödənişləri üçün 21,1 milyard dollar, habelə nəticələrə bağlı dividendlər üçün 200 milyon dollar ayıracaq.  
    Click here to Read more
    Prev Article
    Ticarət və xidmət sahələrinə xüsusi maliyyə həlli: sifarişlərin maliyyələşdirilməsi
    Next Article
    Xətai rayonunda sərfəli investisiya: 1 ha 72 sot boş sahə

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment