Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Şəhərləri ildırımdan qorumaq üçün dronlardan istifadə edə bilərikmi? - VİDEO

    13 hours ago

    Müasir dünyada ildırım düşməsi hələ də cəmiyyətlər üçün ən dağıdıcı təbii hadisələrdən biri olaraq qalır. İldırımın haraya və nə zaman düşəcəyini əvvəlcədən bilmək ciddi çətinlik yaratmaqda davam edir və mövcud qoruyucu üsullar hər zaman effektiv nəticə vermir. Lakin bu vəziyyət yaxın gələcəkdə dəyişə bilər. HİT.az xəbər verir ki, Yaponiyanın telekommunikasiya şirkəti "Nippon Telegraph and Telephone Corporation" ("NTT") bildirir ki, buludlardakı elektrik yüklənməsini boşaltmaq üçün göy üzərində idarə olunan süni ildırım yaratmaq üsulu hazırlanıb. Şirkətin məlumatına əsasən, "NTT" xüsusi bir dron vasitəsilə elektrik sahəsindəki dalğalanmaları izləyərək ildırımı tetikleməyə və onu özünə çəkməyə nail olub. Bu texnologiya dünyada ilk dəfə reallaşdırılıb. Dronun özünə ildırımın birbaşa düşməsi halında belə zədələnməməsi üçün onun üzərinə xüsusi qoruyucu qəfəs yerləşdirilib. "NTT" bəyan edib ki, ildırım zərərlərindən azad bir cəmiyyət qurmaq məqsədi ilə, gələcəkdə bu qəfəsli pilotsuz uçuş aparatlarının şəhərləri və strateji infrastrukturu qorumaq üçün geniş şəkildə istifadə edilə biləcəyi gözlənilir. Yalnız Yaponiyada ildırımın səbəb olduğu illik maddi zərərin 650 milyon ilə 1,3 milyard ABŞ dolları arasında dəyişdiyi bildirilir. Bundan əlavə, ildırım insanların həyatına birbaşa təhlükə yaratmaqda davam edir. Əgər bu yeni texnologiya uğurlu olarsa, cəmiyyətlər hər il həm insan həyatına son qoyan, həm də iqtisadiyyata milyardlarla ziyan vuran ildırım fəlakətindən qurtulmuş olacaq. Samir  
    Click here to Read more
    Prev Article
    Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
    Next Article
    Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment