Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Şəhid ailələri və qazilər üçün yeni mənzillərin alınması - TENDER

    12 hours ago

    Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etmiş, bu səbəbdən əlil olmuş şəxslər və şəhid ailələri üçün daha bir sosial layihəyə start verib. Nazirlik tərəfindən Oğuz, Balakən, Neftçala, Beyləqan, Şirvan, Ağsu və Salyan rayonlarında 2 və 3 otaqlı mənzillərin satın alınması ilə bağlı tender elan olunub. Tenderin əsas məqsədi şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yaxşılaşdırmaqdır. Bu təşəbbüs dövlətin sosial həssas təbəqələrə olan diqqət və qayğısının daha bir bariz nümunəsi hesab olunur. Tenderlə bağlı əsas detallar: Satınalan təşkilat: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müsabiqənin nömrəsi: 76280 ÜSL kodu (kateqoriya): 70333000-4 (Mənzil xidmətləri) Dərc olunma tarixi: 30 dekabr 2023 Sənədlərin təqdim edilmə son tarixi: 09 fevral 2024, saat 15:00 Təkliflərin son təqdim olunma tarixi: 19 fevral 2024, saat 18:00 Zərflərin açılış tarixi: 20 fevral 2024, saat 15:00 İştirak haqqı: 400 AZN Tenderdə iştirak etmək istəyənlər müəyyən olunmuş bank hesabına iştirak haqqını ödədikdən sonra ödəniş qəbzi ilə birlikdə tender sənədlərini əldə edə bilərlər. Satınalma müqaviləsi çərçivəsində ödəmələr malgöndərənin təqdim etdiyi sənədlər əsasında 15 bank günü ərzində həyata keçiriləcək. Qeyd edək ki, dövlətin bu cür sosial layihələri həm şəhid ailələrinin sosial rifahının təmin olunması, həm də regionlarda mənzil bazarının canlanması baxımından mühüm əhəmiyyət daşıyır.
    Click here to Read more
    Prev Article
    Aurubis ABŞ-da biznesini genişləndirmək istəyir
    Next Article
    Buğda fyuçersləri son 10 ayın minimumuna düşdü

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment