Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Səhvlərindən dərs almaq və uğur qazanmaq istəyən insanlara:“Uğursuzluq yolun sonu deyil” - SƏHƏR OXUSU

    52 minutes ago

    Həyatda hər kəs səhv edə bilər. Bu, təbiətin qanunudur.  Lakin insanların əksəriyyəti səhv etməyi məğlubiyyət kimi qəbul edir. Evlilik, iş və ya təhsil sahəsində verdiyimiz yanlış qərarlar bizi məğlub olmuş, uğursuz biri kimi hiss etdirə bilər. Elə bilirik ki, dünyanın ən bədbəxt insanı bizik. Etdiyimiz səhvlərdən sonra yaşadığımız ağrı və narahatlıqlar bizə çox dəyərli dərslər verir. Səhvlər, uğursuzluqlar, iflaslar acı verə bilər, amma hər dəfə bir səhv etdikcə yeni bir şey öyrənirik. Hətta bəlkə də səhv etməsəydik heç vaxt öyrənə bilməyəcəyimiz dərsləri məhz bu yolla öyrənirik. Həyata, sevgiyə, ailəyə, işə baxış bucağımız dəyişir. Belə anlarda öz sərhədlərimizi aşmağa və rahatlıq zonasından çıxmağa çalışırıq. Əgər səhvlərimizdən dərs ala biliriksə, heç nədən qorxmağa ehtiyac yoxdur. Atalarımızın da dediyi kimi, “bir müsibət min nəsihətdən yaxşıdır.” Valyuta.az sizə səhvlərinizin nələri öyrədə biləcəyi ilə bağlı əsas fikirləri təqdim edir: Uğursuzluq yolun sonu deyil Uğursuzluq yaşadığınız zaman hər şeyin sonu kimi hiss edə bilərsiniz. Xəyallarınızın dağılması, özünüzü dəyərsiz və çıxış yolu olmayan biri kimi hiss etməniz çox təbiidir. Həm fiziki, həm də zehni çöküş yaşayarsınız. Amma unutmayın, uğursuzluq, əslində yeni bir başlanğıc üçün verilən bir şansdır. Bəzən uğursuzluq qorxusu, onun özündən daha çox yorur bizi. “El-aləm bilər, biz nə deyər?”, “Ailəmin üzünə necə baxaram?” kimi suallar enerjimizi sormağa başlayır. Ancaq yolun sonu deyil. Stiv Cobs uğursuzluğa boyun əyib geri çəkilsəydi, bu gün nə “Apple” olardı, nə də “iPhone”. Həyatdakı prioritetlərinizi müəyyənləşdirməyə kömək edir Heç kim səhv etmədən uğurun dadını çıxara bilməz. Bəziləri uğura çatmazdan əvvəl bir neçə, bəziləri isə yüzlərlə səhv edir. Ancaq bu səhvlər bizi özümüzlə üz-üzə qoyur. Nə istədiyimizi, nəyə dəyər verdiyimizi daha yaxşı anlayırıq. Prioritetlərimizi düzgün müəyyənləşdirmək, uğur yolunda atılan ilk addımlardandır. İnanclarınızı və dəyərlərinizi müəyyənləşdirirsiniz Əgər yanlış dəyərlərə inanırsınızsa, uğur çox çətin olar. Dəyərlərinizə sadiqsinizsə, bu yolun sonunda mütləq uğur sizi gözləyəcək. Dünyanı yaxşılaşdırmaq kimi məqsədləriniz varsa, bu, sizi yoldan döndərə bilməz. Daha şəfqətli bir insan olursunuz İflas etməzdən əvvəl ətrafdakılardan necə göründüyünüz daha vacib olur. Amma uğursuzluqdan sonra eqonuz da dağılar və siz daha mütəvazı, anlayışlı biri olarsınız. Əsl duyğularınızı yenidən kəşf edərsiniz. Maliyyə məsələlərinə baxışınız dəyişir İş, ailə və şəxsi münasibətlərdəki uğursuzluqlar, maddiyyata baxış tərzinizi dəyişir. Pulun hesabını bilmədən yaşamaq, sizi çətinliklərə aparar. Bu baxımdan, maliyyə savadlılığı uğur yolunda vacibdir. Əsl dostlarınızı tanıyırsınız Uğursuz olduğunuzda və ya səhv etdiyinizdə, yanınızda kimlərin qaldığını görürsünüz. Həqiqi dostlar bu çətin dövrlərdə üzə çıxır. Sizi tənqid etmədən dinləyən, dəstək olan və sizə yenidən ayağa qalxmaq üçün motivasiya verən insanlar, həyatınızda qalmağa layiq insanlardır. Səhvləriniz sizə kimə güvənə biləcəyinizi göstərir. Özünüzə və bacarıqlarınıza olan inamınızı yenidən kəşf edirsiniz Səhvlər etdikdə özünüzə olan güvən azalır, amma bu güvəni yenidən qurmaq da mümkündür. Özünüzlə səmimi olduqda, zəif tərəflərinizi qəbul etdikcə, zamanla daha güclü və dayanıqlı bir insan olursunuz. Hər səhv bir güzgü kimi sizə nəyi dəyişməli olduğunuzu göstərir. Yenidən başlamağın mümkün olduğunu anlayırsınız. Səhv etmək dünyanın sonu deyil. Əksinə, bu, yeni bir şeyə başlamaq üçün fürsətdir. Bəzən həyat sizi çökdürərək daha yaxşısına doğru yönəldir. Hər yeni səhv, daha ağıllı qərarlar üçün zəmin yaradır. Əgər səhvlərdən dərs çıxarsanız, yenidən başlamaq üçün heç vaxt gec deyil. Təvazökarlığı və təşəkkür etməyi öyrənirsiniz. İşlərimiz yolunda gedərkən təşəkkür etməyi bəzən unuduruq. Amma səhvlər və çətinliklər bizə təvazökarlıq gətirir. Sahip olduqlarımıza minnətdar olmağı öyrənirik. Bu da bizi daha vicdanlı və insani edir. Həyatın nə qədər dəyərli olduğunu başa düşürsünüz Səhvlər həyatın nə qədər qısa və qiymətli olduğunu xatırladır. Sağlamlığın, zamanın və sevdiklərinizin dəyərini daha dərindən anlayırsınız. Həyatı dolu-dolu yaşamaq, hər anın qədrini bilmək üçün motivasiya qazanırsınız. Unutmayın, etdiyiniz səhvlər sizi pis bir insan etmir. Əksinə, bu sizin öyrəndiyinizi, böyüdüyünüzü və həyatda irəliləməyə davam etdiyinizi göstərir. Özünüzü günahlandırmayın. Səhvlərinizi qəbul edin, onlardan dərs alın və irəliyə baxın. Həyat səhvlərlə doludur, amma bu səhvlər sizi daha güclü, daha ağıllı və daha mərhəmətli bir insana çevirə bilər. Günay
    Click here to Read more
    Prev Article
    'I freaked out and spent $400 online – it felt like a last hurrah'
    Next Article
    Mourinho şov!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment