Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Selena Gomezin “Wondermind” startapında maliyyə çətinliyi - Anası evini girov qoydu

    21 hours ago

    Selena Gomezin anası “Wondermind” işçilərinin maaşını ödəmək üçün evini girov qoyub. Valyuta.az xəbər verir ki, Selena Gomezin anası və “Wondermind” startapının baş direktoru Mendi Tifi, şirkətin maliyyə çətinlikləri səbəbilə işçilərin maaşlarını ödəmək üçün şəxsi evini girov qoyaraq kredit götürüb. Bu barədə "Forbes" yazır ki, 2025-ci ilin martında şirkət təxminən 15 əməkdaşın maaşını ödəyə bilməyib, podratçılara isə yüz minlərlə dollar borc qalıb. Həmçinin, əməkdaşlara səhiyyə sığortasının dayandırıldığı bildirilib. Şirkət nümayəndələri bildiriblər ki, bu çətinliklər artıq aradan qaldırılıb və çatışmayan maaşlar yaxın günlərdə ödənəcək. Mənbələrə görə, problemlər Tifinin 2023-cü ildən CEO təyin olunmasından sonra başlayıb. Onun bəzi milyonluq brend təkliflərindən, o cümlədən "Airbnb" ilə razılaşmadan imtina etdiyi deyilir. Bu iddiaları “Wondermind” aparat rəhbəri Emma Rayt təkzib edib və Tifinin liderliyini müdafiə edib: “O, ləyaqətlə rəhbərlik edir və komandanın rifahına fokuslanıb.” Qeyd edək ki, “Wondermind” 2021-ci ildə yaradılıb, 2022-ci ildə 5 milyon dollar sərmayə toplayıb. Selena Gomez isə 2024-cü ildə 1.3 milyard dollar sərvətlə milyarder olub, sərvətinin əsas hissəsi isə Rare Beauty kosmetika brendindən gəlir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    iOS 19 ile iPhone'lara Gelecek Bir Özellik Daha Ortaya Çıktı
    Next Article
    Avstraliyada yeni hökumət quruldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment