Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sem Altman "OpenAI"ı kommersiya şirkətinə çevirməyəcək

    10 hours ago

    Sem Altman "OpenAI"nı kommersiya strukturuna çevirməyəcəyini bəyan edib.  Valyuta.az xəbər verir ki, bu qərarın şirkətin missiyası ətrafında illərlə davam edən mübahisələrə və İlon Maskla bağlı məhkəmə çəkişmələrinə son qoyacağı bildirilir. "OpenAI" 2015-ci ildə süni intellektin inkişafı məqsədilə qeyri-kommersiya təşkilatı kimi yaradılıb. Onun həmtəsisçilərindən biri İlon Mask olub. 2018-ci ildə Mask Sem Altmanla fikir ayrılığına görə şirkətdən ayrılıb və 2019-cu ildə qeyri-kommersiya təşkilatına tabe olan "OpenAI LLC" adlı kommersiya qurumu təsis edilib. 2022-ci ildə "ChatGPT"nin istifadəyə verilməsindən sonra şirkətin fəaliyyəti daha kommersiya yönümlü xarakter alıb. Bu dəyişikliklərin fonunda ötən ilin avqust ayında cənab Mask "OpenAI" rəhbərliyini və şəxsən baş direktor Altmanı ilkin missiyanı təhrif etməkdə ittiham edərək məhkəməyə müraciət etmişdi. Sonradan məlum olub ki, "OpenAI" doğrudan da restrukturizasiya planlaşdırır və bu dəyişikliklər nəticəsində şirkətin fəaliyyətinə nəzarətin kommersiya strukturuna keçməsi nəzərdə tutulur. Bu günkü açıqlamasında Altman bildirib ki, bundan sonra "OpenAI LLC" ictimai maraqlara xidmət edən korporasiya (PBC) statusuna keçiriləcək. Qurum əvvəlki kimi qeyri-kommersiya təşkilatına tabe qalacaq və "OpenAI PBC"də nəzarət səhm paketi həmin təşkilatın əlində olacaq. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Bu idarə 6 günə 23 milyonluq layihə imzalanıb
    Next Article
    Rusiya rublu manata qarşı ucuzlaşdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment