Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sənaye parkları bərpa olunan enerji mənbələrinin enerjisi ilə təchiz ediləcək

    3 days ago

    Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ("yaşıl enerji") ilə təchizatına dair əlavə tədbirlər haqqında fərman imzalayıb. HİT.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etməki, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Dövlətin yaratdığı sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və “Elektroenergetika haqqında” qanunun tələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etməlidir. 3. “Azərenerji” və “Azərişıq” ASC-lər sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etməlidirlər.
    Click here to Read more
    Prev Article
    İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif etdi
    Next Article
    Sahibkarlar üçün 5%-lə 10 ilədək sərfəli maliyyə dəstəyi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment