Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyula bilər

    7 hours ago

    "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.  “Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov iştirak etməyib.  Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.   Vəkil  deyib ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda, məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməyib.  Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verib.  Növbəti proses mayın 13-ə təyin olunub.  Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.  Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.  O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
    Click here to Read more
    Prev Article
    İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanladı
    Next Article
    ABB Şuşada yeni filial açmağa hazırlaşır: Qarabağ layihələrinə yüz milyonlarla manat dəstək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment