Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Şərurlu İsfəndiyar"la bağlı vəsatət verilib

    57 minutes ago

    Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib. Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib. O, İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsini istəyib və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alaraq, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib. Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundov məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməkdən yayınıb. Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib. Məhkəmənin növbəti prosesi mayın 13-də keçiriləcək. Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. ©Apa
    Click here to Read more
    Prev Article
    Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi
    Next Article
    Hüseyn Bağırlı “AFB Bank”ın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir təyin edilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment