Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Şəxsi layihəni uğurla həyata keçirmək üçün 7 tövsiyə

    1 hour ago

    Müasir iş həyatında insanlar yalnız peşəkar uğurlara deyil, şəxsi inkişaf və daxili məmnuniyyətə də önəm verirlər. Yaradıcılıq, şəxsi layihələr və fərdi təşəbbüslər bu balansı yaratmaqda mühüm rol oynayır. Bəs bu cür təşəbbüsləri həyatımıza necə daxil etmək olar? Valyuta.az xəbər verir ki, sosial təsir sahəsində 10 ildən artıq təcrübəyə malik olan yazıçı Elinor C. Uitni şəxsi layihə və yaradıcılıq təşəbbüslərinin gündəlik iş və şəxsi həyata necə inteqrasiya edilə biləcəyi barədə 7 praktiki tövsiyələrini təqdim edib. Onun fikrincə, şəxsi maraq və təşəbbüslərə vaxt ayırmaq insanın həm işinə, həm də şəxsi inkişafına müsbət təsir göstərir. 1. Gündəlik cədvəlini qiymətləndir və yenidən qur İlk olaraq, zamanını necə keçirdiyini dürüst şəkildə analiz et. Sosial mediada və ya televizor qarşısında çox vaxt keçirirsənsə, bu vərdişlərə nəzarət etməyə çalış. Eyni zamanda, artıq zövq almadığın və vaxtını alan öhdəliklərdən imtina etməyi düşün. Ən səmərəli işlədiyin saatları müəyyənləşdir və həmin vaxtları şəxsi layihənə həsr et. Məsələn, Elinor səhərlər daha məhsuldar olduğunu anlayaraq hər gün saat 6:30-da oyanıb yazmağa başlayır. 2. Kiçik, real məqsədlər müəyyənləşdir Böyük ideyaları həyata keçirmək üçün onları mərhələlərə bölmək vacibdir. Məsələn, kitab yazmaq istəyirsənsə, ilk addım mövzu seçmək, sonra təklif yazmaq, daha sonra isə bölmə-bölmə irəliləməkdir. Hər gün layihənlə bağlı kiçik bir iş görməyə çalış. Bu, e-poçt göndərmək, ideya üzərində düşünmək və ya sosial media paylaşımı hazırlamaq ola bilər. Bu kiçik addımlar uzunmüddətli uğurun bünövrəsidir. 3. Özünü nizam-intizama alışdır Yaradıcı layihəyə fokuslanmaq üçün şəxsi sərhədlər təyin etmək vacibdir. Bu, sosial görüşlərə “yox” demək və layihəyə həsr etdiyin vaxtı qorumaq deməkdir. Həyatdakı digər tapşırıqlar sənə mane olmamalıdır. 4. Özünü başqaları ilə müqayisə etmə Sosial mediada və ya ətrafda başqalarının uğur hekayələrini görmək motivasiya ilə yanaşı, narahatlıq da yarada bilər. Unutma ki, sənin layihən yalnız sənə məxsusdur və onun inkişafını yalnız sən qiymətləndirə bilərsən. 5. İstirahət etməyi unutma Əgər hər boş vaxtını layihəyə sərf etsən, qısa zamanda tükənmişlik hissi yarana bilər. Elinor qeyd edir ki, o, həftəiçi layihəsi və əsas işi üzərində işləyir, həftəsonları isə ailəsi və dostları ilə vaxt keçirir. Bu balans yenidən enerjini toplamağa və həftəyə motivasiya ilə başlamağa kömək edir. 6. Təşəbbüsə mənəvi bağlılıq yarat Sənə həqiqətən maraqlı və dəyərli gələn bir ideyanın arxasınca getmək, həyatının digər sahələrinə də müsbət təsir göstərəcək. Bu, həm gündəlik işində, həm də şəxsi həyatında daha məqsədyönlü və enerjili olmağına səbəb olacaq. 7. Planlı şəkildə inkişaf et Həftəlik və ya aylıq iş planı tərtib edərək irəliləyişini izləmək daha sistemli və ölçüləbilən nəticələr əldə etməyə kömək edəcək. Bu da motivasiyanı artıracaq və nəticəyə fokuslanmanı asanlaşdıracaq Uğurlu bir şəxsi layihəyə başlamaq istəyirsənsə, bu addımlar sənə həm ilham verəcək, həm də prosesdə daha strukturlaşdırılmış şəkildə irəliləməyə kömək edəcək. Sərvanə Rəmixanova 
    Click here to Read more
    Prev Article
    “Keşke Sırrı da görseydi”
    Next Article
    Vergi borcu olan sağlamlıq mərkəzi yenidən təşkil olunur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment