Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

    12 hours ago

    Bəzən şəxsi həyatımızda böyük, bizə təsir edəcək promlemlərlə qarşılaşırıq. Bu, ailəvi, maddi, sağlamlıq problemləri və s. ola bilər. Bu sıxıntılar istəmədən iş həyatımıza təsir edir və məhsuldarlığımızı azaldır. Bu kimi stiuasiyaları rəhbərliklə danışmaq necə bir yanaşmadır? Belə hallarla qarşılaşdıqda rəhbərlik nə etməlidir? İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirdi ki, şəxsi həyatda baş verən ciddi çətinliklər istər ailə, istər sağlamlıq, istərsə də maddi problemlərin peşəkar həyatımıza  təsir etməsi normaldır: “İnsan resursları sahəsində çalışan biri kimi bu halları zəiflik yox, bir insani reallıq kimi görürəm. Bu səbəbdən də, düşünürəm ki, bu tip situasiyalarda rəhbərliklə açıq danışmaq, doğru ünsiyyət qurmaq olduqca sağlam və tövsiyə olunan yanaşmadır”. Məqsəd problemi birgə həll etməkdir A.Səmədov deyir ki, əgər qarşılaşdığınız şəxsi problem sizin iş performansınıza, diqqətinizə və ya davamiyyətinizə təsir edirsə, bu barədə rəhbərliklə açıq və dürüst formada danışmaq lazımdır. Bu, peşəkar və məsuliyyətli addım olar: “Bu cür yanaşma həm də etimad qurur. Əlbəttə, bu paylaşımın tonu və məzmunu balanslı olmalı, məqsəd problemin səbəbini izah etmək və birgə həll yolları tapmaq olmalıdır. Rəhbərlik sizi ancaq "bəhanə gətirən" yox, "çətinlik içində belə məsuliyyətli davranmağa çalışan" biri kimi görməlidir”. Rəhbərlik tərəfdən yanaşma önəmlidir Mütəxəssisin sözlərinə görə, yaxşı bir lider və ya HR mütəxəssisi insanın yalnız “işçi” tərəfinə yox, həm də insan olaraq bütövlüyünə dəyər verməlidir: “Beynəlxalq HR praktikalarında da bu dəstəkləyici yanaşma çox önəmlidir. Məsələn: Amerika və Avropa şirkətlərində "Employee Assistance Program" (EAP) adlı sistemlər mövcuddur. Bu proqramlar işçilərə psixoloji dəstək, hüquqi məsləhət və maliyyə planlaşdırması kimi sahələrdə yardım təklif edir. Skandinaviya modellərində isə psixoloji rifah və balanslı iş-həyat münasibəti prioritetdir. İşçinin belə situasiyalarda "wellbeing day" və ya "flexible working hours" hüququ olur. Eyni zamanda empatik liderlik anlayışı da son illərdə çox ön plana çıxıb. Belə liderlər işçilərinin şəxsi çətinliklərini anlayışla qarşılayır, müvəqqəti olaraq iş yükünü yüngülləşdirə və ya çevik iş rejimi təklif edə bilirlər”. “Əgər bir əməkdaş şəxsi problemi səbəbilə çətinlik yaşayırsa və bu barədə mənimlə açıq danışarsa, bu şəffaflığı və etimadı yüksək qiymətləndirərdim. Əvvəlcə dinləməyə, sonra isə onun üçün uyğun dəstək formalarını təklif etməyə çalışardım. Bəzən sadəcə anlayış göstərmək belə kifayət edir. Əməkdaş şirkətə dəyər qatırsa, onun belə bir dövrdən rahat keçməsi üçün mümkün olan bütün insan resursları alətlərindən istifadə etməyə çalışardım” – deyə A.Səmədov qeyd etdi. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Profile
    Next Article
    Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment