Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sığorta şirkətlərinin mənfəət vergisi 50%-dən çox artıb

    8 hours ago

    Azərbaycanda ötən il sığorta və təkrarsığorta təşkilatlarının ümumi gəlirləri 1 milyard 533 milyon 345 min manat təşkil edib. "Valyuta.az"ın xəbərinə görə, bu göstərici əvvəlki illə müqayisədə 12% və ya 164 milyon 780 min manat artım deməkdir. 2023-cü ildə ümumi gəlir 1 milyard 368 milyon 565 min manat olub. Gəlirlərin əsas hissəsini yenə də 1 milyard 436 milyon 388 min manatla sığorta haqları təşkil edib. Bu, əvvəlki illə müqayisədə 12,63% və ya 161 milyon 82 min manat artım deməkdir. Gəlir artımında investisiya gəlirlərinin də əhəmiyyətli rolu olub – bu sahədə 36,9%-lik artımla gəlir 114 milyon 917 min manata çatıb. Ümumi mənfəət 228 milyon 456 min manata yüksəlsə də, mənfəət vergisinin 50%-dən çox artması nəticəsində xalis mənfəət azalıb. Belə ki, mənfəət vergisi 27 milyon 460 min manatdan 41 milyon 254 min manata yüksəlib. Nəticədə sığortaçıların xalis qazancı 195 milyon 616 min manatdan 187 milyon 202 min manata enib ki, bu da 4,3%-lik azalma deməkdir. Ən ciddi dəyişikliklərdən biri təkrarsığortaçıların ödənişlərdəki rolunda müşahidə olunub. Bu göstərici 6,2 dəfə azalaraq 145 milyon 152 min manatdan 23 milyon 382 min manata düşüb. Ümumilikdə sektorun xərcləri də artıb - 13,9% yüksələrək 1 milyard 304 milyon 888 min manata çatıb. Artım əsasən sığorta ödənişləri və sığorta haqlarının geri qaytarılması ilə bağlı olub. 773 milyon 634 min manatlıq sığorta ödənişi və 46 milyon 46 min manatlıq sığorta haqlarının geri qaytarılması bu artımı şərtləndirib. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Nərgiz Əliyevaya "Caspian International Hospital"da vəzifə verildi
    Next Article
    Otomotiv devi binlerce kişiyi işten çıkaracak

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment