Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Şirkətlər 3 ayda “Yelo Bank”dan 24 mln. manatdan çox depoziti geri çəkib

    2 weeks ago

    2025-ci ilin ilk  üç ayında “Yelo Bank”ın depozit portfeli 15 milyon manatdan çox “əriyib”. Valyuta.az-ın araşdırmasına görə, ilin ilk rübündə bankın depozit portfeli 913,47 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,6% və ya 15,3 mln. manat azdır. İlin əvvəlində bu rəqəm  928,77 mln. manata bərabər olub. Azalmanın əsas drayveri hüquqi şəxslərin depozitləri olub. Belə ki, şirkətlər 3 ayda bankdan  24,34 mln. manat vəsaiti geri çəkib. Nəticədə portfel 197,822 mln. manatdan 173,48 mln. manata enib. Bununla belə, fiziki şəxslərin depozit portfeli 1,2% artaraq 739,99 mln. manata çatıb. Bu isə ümumi əmanət portfelində azalmanın bir hissəsini kompensasiya edib. Ümumilikdə isə bankın cəmi aktivləri ilin əvvəlinə nisbətən 1,5% azalaraq 1 mlrd. 260,8 mln. manata, cəmi öhdəlikləri isə 2,7% və ya 30 mln. manat azalaraq 1 mlrd. 105,8 mln. manata enib. Bu dövrdə bankın cəmi kapitalı isə 7,6% artaraq 155,07 mln. manata çatıb.
    Click here to Read more
    Prev Article
    Rubl və avronun qiyməti qalxdı - Günün məzənnəsi
    Next Article
    Bu valyuta bahalaşdı - RƏSMİ

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment