Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Siz olduğunuz regionda müəlliflik hüququ tanınmır” nədir və nə zaman görünür? - SƏHƏR OXUSU

    2 weeks ago

    Bəzən sosial şəbəkələrdə paylaşdığımız videoda hansısa bir musiqidən istifadə edir və yaxud elə mahnının özünü paylaşırıq. Çox vaxt həmin musiqilərin səsi “siz olduğunuz regionda müəlliflik hüququ tanınmır” ifadəsi yazılaraq kəsilir.  Unutmayaq ki, bir musiqidə müəlliflik hüququ intellektual mülkiyyətin ən vacib sahələrindən biri olmaqla, yaradıcı insanların əməklərinin qorunmasını təmin edən hüquqi mexanizmdir. Əsərlər yaradıldıqca, onların qanuni sahibliyinin tanınması və hüquqlarının qorunması aktuallıq qazanır. Zamanla texnologiyanın və rəqəmsal platformaların inkişafı bu hüquqların qorunmasını həm asanlaşdırıb, həm də çətinləşdirib. Azərbaycan qanunvericiliyinə əsasən, müəlliflik hüququ əsərin yaradıldığı andan etibarən yaranır və müəllifin hüquqları birbaşa olaraq tanınır.  Rəqəmsallaşan dünyada müəllif hüququnun qorunması mexanizmləri necə işləyir və ölkədə bu sahədə vəziyyət hansı səviyyədədir? “Siz olduğunuz regionda müəlliflik hüququ tanınmır” ifadəsinin mənası nədir? Valyuta.az-ın məlumatına görə, bu ifadə o deməkdir ki, yaşadığınız və ya daxil olduğunuz coğrafi bölgədə, baxmaq istədiyiniz məzmun (məsələn, video, musiqi, kitab, proqram və s.) müəlliflik hüquqları ilə qorunmur və ya bu hüquq orada hüquqi qüvvəyə malik deyil. Belə xəbərdarlıqla əsasən bu hallarda qarşılaşırıq: Rəqəmsal platformalar və məhdudiyyətlər “YouTube”da bir videonu açmaq istədikdə “bu video sizin bölgənizdə mövcud deyil” və ya “sizin bölgədə müəlliflik hüququ tanınmır” kimi bildirişlərlə qarşılaşa bilərsiniz. Bu halda deməkdir ki, video yalnız bəzi ölkələrdə yayımlanmasına icazə verilib. Sizin olduğunuz ölkədə hüquqi razılıq olmadığı üçün platforma həmin məzmunu orada göstərmir. Lisenziya və yayım hüquqları Müəlliflik hüquqları regionlara görə fərqli şəkildə tətbiq olunur. Məsələn, bəzi filmlər və ya seriallar müəyyən ölkələrdə lisenziyalaşdırılmayıb. Musiqi və ya e-kitablar yalnız bəzi bölgələrdə satıla bilər. Bu səbəbdən, platformalar (məsələn, “Spotify”, “Netflix”, “Kindle” və s.) belə məzmunu sizin bölgədə əlçatan etməyə bilər. Bəs  “istifadə olunan musiqi sizin olduğunuz regionda müəlliflik hüquqları ilə qorunmur” nə deməkdir? Bu o deməkdir ki, sənin videona əlavə etdiyin musiqi əslində bir müəllifə və ya şirkətə məxsusdur. Onlar bu musiqinin hər ölkədə sərbəst istifadə edilməsinə icazə verməyiblər. Sənin yerləşdiyin regionda hüquqlar mövcud deyil. O musiqini istifadə etmək üçün platforma sənin bölgəndə (məsələn, Azərbaycanda) lisenziya ala bilməyib. Ona görə ya video səssizləşdirilir, ya bağlanır, ya da bəzən sadəcə musiqisiz paylaşılır. Sosial şəbəkələr isə bəzən videonu səssizləşdirir, musiqi hissəsi eşidilməz olur. Bəzən videonu bloklayır, ümumiyyətlə baxmaq olmur. Elə olur ki, yalnız bəzi ölkələrdə göstərilməsinə icazə verir, yəni dostun başqa ölkədədirsə, o görə bilir, amma sən yox. Bəzən “dispute” (etiraz) etməyə imkan verir. Əgər musiqini istifadə etməyə icazən varsa (məsələn, öz yaradıcılığındır), bu zaman dəlil göndərib vəziyyəti izah edə bilərsən. Belə olanda nə etmək lazımdır? Əgər belə problemlərlə qarşılaşırsansa və videonu problemsiz paylaşmaq istəyirsənsə, tanınmış mahnılar əvəzinə müəllif hüququ olmayan (royalty-free) musiqilərdən istifadə edə bilərsən. “YouTube Audio Library”, “Facebook Creator Studio” və ya başqa açıq musiqi resurslarına baxa bilərsən. Bundan başqa,  öz yaratdığın musiqi varsa, onu rahat istifadə edə bilərsən. Günay
    Click here to Read more
    Prev Article
    Kriptovalyuta bazarında qiymətlər cüzi artdı
    Next Article
    Dünyanın bölüşdürülməsinə start verildi – İlk qurban bu ölkədir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment