Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Skype" rəsmən fəaliyyətini dayandırdı: Söhbətləri və faylları necə saxlamaq olar?

    10 minutes ago

    5 may 2025-ci il tarixində bir dövr başa çatıb - "Microsoft" şirkəti əfsanəvi "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandırdığını açıqlayıb. Bu qərar barədə ilk məlumat 2025-ci ilin fevralında yayılsa da, artıq istifadəçilər "Skype" tətbiqində bağlanma barədə bildirişlər almağa başlayıblar. Valyuta.az xəbər verir ki, istifadəçilərə mövcud "Microsoft" hesabları vasitəsilə "Skype" əvəzinə "Microsoft Teams" platformasına keçmək tövsiyə olunur. Bu keçid zamanı əlaqə siyahısının və söhbətlərin qorunması mümkündür. Məlumatları necə saxlamaq olar? "Microsoft" "Skype" istifadəçilərinə məlumatlarını 2026-cı ilin yanvar ayına qədər ixrac etmək imkanı təqdim edir. Bunun üçün aşağıdakı addımları izləmək lazımdır: * "Skype" məlumat ixracı səhifəsinə daxil olun. * "Skype" ilə əlaqəli "Microsoft" hesabı ilə daxil olun. * Hansı məlumatların (söhbətlər, fayllar və ya hər ikisi) ixrac ediləcəyini seçin. * “Sorğu göndər” düyməsini klikləyin. * Qısa müddət sonra məlumatlar ZIP arxivi formasında yüklənə biləcək. * Bu funksionallıq yalnız 2026-cı ilin yanvarına qədər aktiv olacaq. Bundan sonra serverlərdəki bütün istifadəçi məlumatları daimi olaraq silinəcək. "Skype"ın tarixi və sonu 2003-cü ildə istifadəyə verilən "Skype", 2011-ci ildə "Microsoft" tərəfindən alındı və "Windows", "Windows Phone", eləcə də "Xbox" kimi platformalara inteqrasiya edilib. 2017-ci ildən etibarən isə "Microsoft Teams"in istifadəyə verilməsi ilə "Skype"ın gələcəyi sual altına düşüb. Maraqlıdır ki, 2024-cü ilin avqust ayında "Skype" üçün böyük bir yeniləmə yayımlanmışdı. Reklamların tamamilə aradan qaldırılması və süni intellekt əsaslı yeni funksiyaların tətbiqi bu yeniləmənin əsas yenilikləri idi. Paşa Məmmədli  
    Click here to Read more
    Prev Article
    Musiqi məktəblərində yalnız ali təhsillilər dərs deyəcək! - Nazir planları AÇIQLADI
    Next Article
    10 manatlıq şirkət bazardan çıxır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment