Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sumqayıtda həkim vətəndaşın həyatını xilas etdi

    1 hour ago

    Sumqayıt 1 saylı Ailə Sağlamlıq Mərkəzində çalışan həkim-terapevt Elnarə Abbasova vətəndaşın həyatını xilas edib.  Hit.az xəbər verir ki, Sumqayıt sakini Nəsirov Hacıəli Sənham oğlu səhhətində ciddi problem yaranıb. Ailə üzvləri sahə həkimi olaraq Elnarə Abbasova ilə əlaqə saxlayıb.  Hacıəli Nəsirovun oğlu Mais Nəsirovun sözlərinə görə,  gecə saatları olmasına baxmayaraq Elnarə Abbasova nə baş verdiyini detallı şəkildə soruşandan sonra dərhal təcili tibbi yardımın exo-kardioqramma dəstəsini çağırmasını tapşırıb: “Sonradan bildik ki, atamızın səhhətində infarktöncəsi proses gedib. Elnarə xanım bunu dərhal anlasa da, bizi panikaya salmamaq üçün çox ehtiyatlı şəkildə öz tövsiyələrini verib. Məhz Elnarə xanımın tövsiyələri, bizi düzgün istiqamətləndirməsi olmasaydı, atamızı itirə bilərdik. Elnarə xanım bütün bunları heç bir təmənna güdmədən, bir həkim və bir vicdanlı insan kimi edib.  Biz ailə olaraq ona nə qədər təşəkkür etsək də azdır. Sevindiricidir haldır ki, Sumqayıtda belə həkimlər var və bu həm də Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin xidmətidir. Çox istərdim ki, Elnarə xanımın bu əməyinə görə ona təşəkkür elan edilsin. İnanıram ki, Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi bu xahişimizi nəzərə alacaq. Öncədən minnətdarlığımızı bildiririk”.  
    Click here to Read more
    Prev Article
    Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilmə xərclərinin hesablanması qaydaları təsdiqlənib
    Next Article
    "Apple" ticarət müharibəsinə görə "iPhone 17" qiymətlərini artırmağa məcbur oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment