Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Süni intellekt modelləri bir il ərzində yavaşlaya bilər – Analitiklər

    9 minutes from now

    Süni intellekt modellərində məntiqi düşünmə üzrə irəliləyişlər yavaşlaya bilər Valyuta.az xəbər verir ki, "Epoch AI" institutunun təhlilinə görə, məntiqi düşünmə qabiliyyətinə malik süni intellekt (Sİ) modellərinin inkişaf tempi yaxın bir il ərzində yavaşlaya bilər. Son aylarda riyaziyyat və proqramlaşdırma sahəsində ciddi irəliləyişlər göstərən "OpenAI"ın "o3" kimi məntiqi modelləri yüksək hesablama gücü ilə daha dəqiq nəticələr təqdim etsə də, bu yanaşma daha çox vaxt və resurs tələb edir. Məntiqi modellər əvvəlcə ənənəvi təlimdən keçərək qurulur sonra isə "möhkəmləndirici öyrənmə" vasitəsilə çətin problemlərə dair geribildirim alaraq təkmilləşdirilir. "OpenAI"ın məlumatına görə, "o3" modelinin hazırlanmasında "o1" ilə müqayisədə 10 dəfə artıq hesablama resursu istifadə edilib. Şirkətin tədqiqatçısı Den Roberts gələcəkdə möhkəmləndirici öyrənməyə daha çox resurs ayrılacağını bildirib. Lakin "Epoch AI" qeyd edir ki, bu mərhələdə istifadə oluna biləcək hesablama gücünün yuxarı sərhədi var. Analitik Coş Yu bildirir ki, mövcud dinamika ilə 2026-cı ildə məntiqi modellərin inkişafı digər sahələrlə birləşə bilər. O, əlavə edir ki, təkcə hesablama gücü deyil, həm də yüksək elmi xərclər bu inkişafın qarşısını ala bilər. Mövcud modellərin bəzi hallarda ənənəvi modellərlə müqayisədə daha çox yanlış nəticələr verməsi də əlavə narahatlıq yaradır. Bu səbəbdən sənayedə bu modellərin miqyaslanma potensialı diqqətlə izlənir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Apple’ın Yazıyı Sese Dönüştüren Özelliği iOS 19 ile Daha da Gelişecek!
    Next Article
    Məcnun Məmmədov koronavirusa yoluxdu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment