Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sürətli beyin qocalmasının səbəbləri açıqlandı

    9 hours ago

    Şanxay Universitetinin alimləri müəyyən ediblər ki, hipertoniya və yüksək qan şəkəri kimi pis vərdişləri və metabolik pozğunluqları olan insanların beyni əhəmiyyətli dərəcədə daha tez qocalır. HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Research" elmi jurnalında dərc olunub. Tədqiqatda Kailuan sakinlərinin klinik kohortunun 16 illik təqib məlumatlarından istifadə edilib. Tədqiqatçılar maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə edərək, qocalma ilə bağlı köhnəlmə və struktur dəyişikliklərin dərəcəsini əks etdirən beyin yaşını qiymətləndirdilər. Bu dəyişikliklərə toxuma atrofiyası, ağ maddənin strukturunun pozulması və onun patoloji siqnalları daxildir. Alimlər MRT görüntülərini həyat tərzi və sağlamlıq vəziyyəti də daxil olmaqla müxtəlif risk faktorları ilə müqayisə ediblər. Məlum olub ki, beynin qocalması ilə ən yaxından əlaqəli olan şərtlər yüksək qan təzyiqi, yüksək qan şəkəri, hiperkreatinemiya (qanda yüksək kreatinin səviyyəsi), siqaret və aşağı təhsildir. İştirakçıların risk faktorları nə qədər çox olsa, beyinlərinin xronoloji yaşı bioloji yaşlarından bir o qədər çox fərqlənir. Bu, xüsusilə dörd-beş əlverişsiz faktoru olan könüllülərdə aydın olub: insanın faktiki yaşı ilə beyin yaşı (beyin yaşı boşluğu, BAG) arasındakı fərq onlarda ən böyük idi. Bu, pis vərdişlərin və metabolik pozğunluqların birləşməsinin degenerativ prosesləri sürətləndirdiyini göstərir. Əlavə təhlillər hipertoniyanın beyin yaşına ən çox təsir etdiyini göstərib. Yüksək qan təzyiqi olan insanlarda MRT-də qeydə alınan beyin yaşlanması əlamətləri xüsusilə qabarıq şəkildə özünü göstərir. Tədqiqatçıların fikrincə, bu, beyində yaşa bağlı dəyişiklikləri ləngitmək üçün ürək-damar və metabolik xəstəliklərin erkən profilaktikasının vacibliyini təsdiqləyir. Samir  
    Click here to Read more
    Prev Article
    2025-ci ilin əsas ayaqqabı anti-trendləri: Zəngin qadınlar bu modelləri geyinməz
    Next Article
    Tramp: Aİ ABŞ-la Çindən daha pis davranır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment