Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ​Telekanallara rəhbərlik edənlər kimlərdir? - Sadəcə biri xanımdır

    2 hours ago

    Televiziyaların cəmiyyətin formalaşmasında,inkişafında rolu danılmazdır. Təsadüfi deyildir ki,televiziyalardan danışarkən onları cəmiyyətin aynası kimi təqdim edirlər.Bəs,cəmiyyət üçün bu qədər əhəmiyyətli olan bir sahənin başında kimlər dayanır? Valyuta.az xəbər verir ki, Oxu24.com bu dəfə televiziyaların rəhbərləri barədə araşdırma aparıb. Başlayaq telekanalların qocamanı olan AzTV-dən. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Raqif oğlu Məmmədovdur. O,Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə bu vəzifəyə  təyin edilib. AZTV  Dövlət televiziyası olduğu üçün və büdcədən maliyyə aldığı üçün onun rəhbərini də məhz Prezident təyin edir. Kimdir Rövşən Məmmədov? Rövşən Raqif oğlu Məmmədov 15 iyun 1979-cu ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bakalavr, 2002-ci ildə isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirib. 2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası"nda fəlsəfə doktoru dərəcəsi alıb. 2016-cı ildə isə Bakı Slavyan Universitetinin "Filologiya və jurnalistika kafedrası"nda "Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)" mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 3 kitab müəllifi olan R.R.Məmmədovun 40-dan çox elmi məqaləsi Azərbaycanda və xaricdə müxtəlif dillərdə nəşr edilib. R.R.Məmmədov müxtəlif vaxtlarda Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.  Jurnalistika fəaliyyətini davam etdirən Rövşən Məmmədov uzun müddət "Lider" Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub. R.R.Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) "Günün nəbzi", "Əsas məsələ" və "Həftə" verilişlərinin aparıcısı olub. Daha sonra isə "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın direktoru vəzifəsinə təyin olunub. 15 yanvar 2019-cu ildən sədr müavini təyin olunub və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib. 4 sentyabr 2019-cu il tarixdən  sədrdir. R.R.Məmmədov  Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə, 2 fevral 2024-cü il tarixli Sərəncamla isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. Azad Azərbaycan Telekanalının rəhbəri Azər Xəlilovdur.O,2017-ci ilin sentyabrından kanala rəhbərlik edir.Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan ATV İnternational teeviziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü ildən yeni yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb. A.Xəlilov Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında" sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb. Xəzər TV-nin rəhbəri Murad Dadaşovdur.O,bu vəzifəyə  2020-ci ilin martından başçılıq edir. Həmin ildə “Xəzər TV”-nin səhmləri “SOCAR Media” qrupunun nəzarətinə keçib. “SOCAR Media” qrupu isə Murad Dadaşovu “Xəzər” TV-nin yeni Baş Direktoru təyin edib.O,vaxta qədər televiziyaya nəzarəti Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun oğlu Şamxal Həsənov edirdi. Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur. Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər "Bir Cənub şəhərində" adlı layihə hazırlayıb. 1990-cı illərin sonlarında isə Space televiziyasında "Road Master" adlı layihənin aparıcısı olub. 2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində Baş Prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda həmin dövrdə bu kanalda yayımlanan "Yeriniz Məlum" adlı gündəlik şou proqramın müəllif və aparıcısı olub. 2003-cü il fevralın 7-də M Group Production şirkətini təsis edib. Burada 2008-ci ilədək baş direktor vəzifəsində olub. 2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan qızı ilə ailə həyatı qurub. Kamal, Əli, Ziya adlı üç övladı var. "Space" Televiziyasının rəhbəri Vado Karovindir.O,bu vəzifəyə 2023-cü ilin fevralından başçılıq edir.Vado Arnoldoviç Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Onun “Şən və Hazırcavablar” klubunun “Bakılı Oğlanlar” komandasında fəaliyyət göstərib. Bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun qalibi və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. "Parni iz Baku” KVN komandasının keçmiş üzvü ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışıb. ATV-nin eks-prezidenti Vüqar Qaradağlının dəvəti ilə telekanala gələn Vado ATV-nin vitse-prezidentinin müavini, baş prodüser və teleseriallar şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. İTV-nin baş direktoru  Balakişi Qasımovdur.O,2018-ci ildən bu vəzifəyə seçilib.  O, 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.Bakı şəhər 1 saylı orta məktəbini bitirib. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.2004-cü ildə "Nə? Harada? Nə zaman?" oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olub."Nə? Harada? Nə zaman?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub.Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.29 aprel 2019-cu ildə "Tərəqqi" medalı ilə təltif edilib. "ARB MEDİA GRUPU"na bir neçə televiziya kanalı daxildir. Ümumi rəhbərliyi isə  Radik İsmayılov edir.O,2020-ci ildən bu vəzifəni icra edir. Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlıkəndində anadan olub.1996-cı ildəSuraxanı rayonundakı 278 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2004-2007-ci illərdəAzərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutununəyani aspirantura şöbəsində təhsilini davam etdirib, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb."Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. BDU-da bakalavr təhsili aldığı illərdən müxtəlif media qurumlarında çalışan Radik İsmayılov Lider TeleviziyasıXəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində işləyib. 2018-ci il sentyabrın 26-na qədər "ARB 24”də baş redaktor, həmin tarixdən etibarən isə icraçı direktor vəzifəsində çalışıb. ARB TV-nin rəhbəri isə Rəşad Məmmədovdur.O,bu vəzifəyə qədər  Şəki "ARB TV" nin baş direktoru olub.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.  Real TV -yə rəhbərliyi Mirşahin Ağayev edir. O,2018-ci ildən bu vəzifədədir. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub. 2018-ci ildə "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradan Mir Şahin elə həmin ildən cəmiyyətin və onun nəzdində olan Real Televiziyasının rəhbəridir. Jurnalist Səbinə Ağayeva ilə evlidir, iki oğul və iki qız atasıdır. CBC Sport -idman sahəsində ixtisaslaşmış kanaldır.Kanalın rəhbəri Volkan Üstdür.O,2016-cı ildən bu vəzifədədir.20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib. İdman TV-nin rəhbəri Zaur  Zeynalovdur.O, bu vəzifəyə  2024-cü ildə  "Mədəniyyət" kanalından gəlib. O,sözügedən kanalda rejissor işləyib. Zaur Zeynalov daha çox şou-biznes sahəsində xəbər hazırlayan jurnalist kimi tanınırdı.Qeyd edək ki,İdman TV AZTV-nin tərkibindədir. AzTV-nin tərkibində olan digər kanal "Mədəniyyət" kanalıdır. “Mədəniyyət” telekanalının direktoru Dilarə Səlimdir.Dilarə Səlim Hamlet qızı 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru, "Görüş yeri" və “Peşəkarlar” verilişinin müəllif və aparıcısıdır. 2024-cü ilin yanvar ayında Mədəniyyət Televiziyasına direktor təyin edilib. Musiqi kanalı olan MTV-nin rəhbəri  Elsevər Dünyamalıyevdir.O,2024-cü ildə bu vəzifəyə gətirilib.Əməkdar jurnalist bundan əvvəl, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor, AzTV sədrinin birinci müavini olub. Xatırladaq ki, MTV Azərbaycan “Azerspace-1” peyki vasitəsilə yayımlanan telekanaldır.
    Click here to Read more
    Prev Article
    Qanunsuz gəlirlərlə qurulan imperiyalar - Dünyanın ən varlı cinayətkarları
    Next Article
    TFF'den yeni sezon için yabancı kuralı açıklaması! İşte alınan karar...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment