Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Titanik gəmisində batmış ən qiymətli bağlama: 2 milyon dollarlıq quş lələyinin hekayəsi

    16 minutes ago

    1912-ci ildə Titanik sərnişin gəmisinin faciəvi şəkildə batması zamanı dənizin dibinə saysız-hesabsız sərvətlər qərq oldu. Bu itkilər arasında qızıl, zinət əşyaları və qiymətli daşlarla yanaşı, incəsənət əsərləri, musiqi alətləri və nadir kitablar da vardı. Valyuta.az xəbər verir ki, bir bioloqun son araşdırmasına əsasən, Titanikdə itirilmiş ən dəyərli bağlama gözlənilməz bir əşyaya aid olub: lələkli papaqlar üçün nəzərdə tutulan ekzotik quş lələkləri. Gəminin yük bölməsində Nyu-Yorkdakı papaq ustalarına göndərilən, təxminən 40 yeşikdən ibarət olan bu bağlamaların dəyəri hazırkı hesablamalara görə 2 milyon ABŞ dollarını keçib. Bu lələklərin bazar dəyəri o dövrdə modanın yaratdığı tələblə əlaqəli idi. Xüsusilə 20-ci əsrin əvvəlində Nyu-York papaq sənayesinin mərkəzi olub və cəmiyyətin üst təbəqələri arasında bəzəkli, lələkli papaqlar modaya çevrilib. Belə ki, tanınmış papaq ustaları Karolin Rebu və Lilli Daşe kimi adlar, yüksək zövq və status simvolu sayılan bu papaqları hazırlayırdılar. Bu zərif papaqlar üçün təkcə adi quş lələkləri deyil, ağ qarabatdaq, durna və dəvəquşu kimi iri quşların lələklərinə də ehtiyac vardı. Bu tendensiya nəticəsində quş növləri kütləvi şəkildə ovlanmağa başladı. Bəzi növlərin, o cümlədən ABŞ-ın cənub-şərqinə məxsus olan "Karolina papuqayı"nın (Conuropsis karolinensis) kökü kəsildi. Bu parlaq tüklü quş papaq sənayesinin tələbləri ucbatından yoxa çıxdı. Onlar xüsusilə cütləşmə dövrlərində ovlanırdı, çünki bu vaxtda onların lələkləri daha cazibədar olurdu. Bu amansız təzyiqlər nəticəsində ABŞ-də quşların qorunmasına dair maarifləndirmə başlayıb. "Audubon" Cəmiyyətinin təşəbbüsü ilə təbiətin mühafizəsi sahəsində ilk addımlar atılıb. Nəticədə, 1918-ci ildə "Köçəri quşların mühafizəsi haqqında müqavilə" (Migratory Bird Treaty Act) qəbul edildi və bu qanun quşların qeyri-qanuni ovlanmasının qarşısını almağa yönəldi. Bu hadisələr təkcə ekoloji baxımdan deyil, həm də moda sənayesi baxımından dönüş nöqtəsi oldu. Lələkli papaqlara maraq azalmağa başladı, lakin Karolina papuqayı üçün artıq çox gec idi – növ rəsmi olaraq 20-ci əsrin əvvəlində nəsli kəsilmiş elan edildi. Bu faciəvi tarix, bir zamanlar dəbdə olan, lakin təbiətə böyük zərər vuran bir modanın acı nəticəsi olaraq yadda qaldı. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Trump onları da vurdu! Dünya petrol devlerinde hayal kırıklığı
    Next Article
    Universitetlərdə plagiat həddi: Neçə faizə qədər qəbul edilir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment