Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı

    1 hour ago

    Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkillər müvəkkilləri Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər. Vəsatət təmin edilməyib və proses mayın 23-nə təxirə salınıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir. İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
    Click here to Read more
    Prev Article
    İngiltərədə keçirilən çempionat zamanı iki motosikletçi həlak olub
    Next Article
    Yaşlanmanı yavaşlatan qidalar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment