Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Tovuzda dövlət tenderlərini kimlər udur? – Şirkətlər və məbləğlər

    5 hours ago

    2020-ci ildən bəri Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 50 tender keçirilib. Bu tenderlərin əsas qalibləri "Göygöl Tikinti", "Günay-88", "Ərdagi", "Raul-2014" və "Azərtranss" Məhdud Məsuliyyətli Cəmiyyətləri olub. Valyuta.az xəbər verir ki, sözügedən şirkətlər ümumilikdə 4 milyon 261 min 622 manat dəyərində sifariş əldə ediblər. Tenderlər əsasən infrastruktur layihələri, abadlıq və "Şəhidlər xiyabanı"nın təmiri xidmətlərini əhatə edib. Rayonda ən çox tender qazanan şirkət "Göygöl Tikinti" MMC olub. Şirkət ümumilikdə 7 tender udaraq 1 milyon 611 min 976 manat məbləğində sifariş əldə edib. Bu vəsait yalnız Tovuz rayonunda yolların əsaslı təmiri işlərinə görə ödənilib. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Qanuni təmsilçisi isə Tağıyev Anar Əhməd oğludur. İkinci sırada "Günay-88" MMC qərarlaşıb. Bu şirkət 4 tender qazanaraq 286 min 935 manatlıq sifariş əldə edib. Vəsait əsasən Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində təbii fəlakətlər nəticəsində dəyən ziyanın aradan qaldırılması və Şəhidlər xiyabanının təmiri işlərinə görə ayrılıb. Şirkətin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğlu, nizamnamə kapitalı isə 10 manatdır. Üçüncü yerdə "Ərdagi" və "Raul-2014" MMC-lər qərarlaşıb. Hər iki şirkət 3 tender qazanıb. "Ərdagi" MMC 838 min 176 manatlıq sifarişi yolların təmiri işlərindən əldə edib. Qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğlu, nizamnamə kapitalı isə 10,6 manatdır. "Raul-2014" MMC isə 492 min 470 manatlıq sifarişi abadlıq işlərindən əldə edib. Şirkətin qanuni təmsilçisi Axundov Məhəmmədəli Fərhad oğlu, nizamnamə kapitalı isə 20 manat təşkil edir. Son olaraq, "Azərtranss" MMC 2 tender vasitəsilə yolların təmirindən 1 milyon 32 min 65 manatlıq gəlir əldə edib. Şirkətin qanuni təmsilçisi Qasımov Adil Məmməd oğlu, nizamnamə kapitalı isə 20 manatdır. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Canada's iconic Hudson Bay brand to survive after sale to competitor
    Next Article
    Elşən Orucov “Uzak şehir”də -

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment