Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir? (VİDEO)

    16 hours ago

    Yaz-yay ayları əksər cütlüklər üçün toy mövsümü sayılır. Bu dövrdə bəy və gəlinlər öz unudulmaz günlərini daha da xüsusi etmək məqsədilə avtomobil icarəsi və bəzədilməsi xidmətlərinə üstünlük verirlər. Bəzədilmiş avtomobillər yalnız cütlüyə xoş xatirələr yaşatmaqla kifayətlənmir, həm də toyun ümumi atmosferini tamamlayan əsas elementlərdən birinə çevrilir. Valyuta.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, avtomobil icarəsi və bəzədilməsi xidmətlərinin qiymətləri geniş aralıqda dəyişir. İcarə haqqı 100 manatdan başlayaraq, seçilən avtomobilin markası, modeli və məsafəyə görə 1 500 manata qədər yüksələ bilir. Məsələn, 4 maşınlıq kortej sifariş edildikdə, qiymətlər ən azı 700 manatdan başlayır. Bəzək xidmətləri də paketdən asılı olaraq fərqlənir. Əgər avtomobil xidmət göstərən şirkət tərəfindən təqdim olunursa, bəzədilməsi də onların tərəfindən həyata keçirilir. Bu bəzəklər 30-50 manat aralığında dəyişir. Əlavə olaraq, istifadə olunan güllərin növü də qiymətə təsir edir. Süni güllər daha ucuz olduğu halda, təbii güllərlə bəzədilmiş avtomobillərin dekorasiyası 100-200 manat arasında dəyişir. Gül kompozisiyalarının qiyməti onların növü, sayı və ölçüsündən asılıdır. Məsələn, ağ güllərlə edilən bəzəklər digərlərindən daha bahalı olur. Avtomobili kimin idarə etməsi də qiymətə təsir edən amillərdəndir. Əgər sürücülük şirkətin əməkdaşı tərəfindən həyata keçirilirsə, bu xidmət adətən daha ucuz olur. Lakin bəylərin avtomobili özlərinin idarə etməsi əlavə risk yaratdığı üçün bu zaman qiymət 50 manat artır. Xidmət təmsilçiləri bildirirlər ki, daha çox seçim imkanı əldə etmək istəyən cütlüklər avtomobil icarəsini toy tarixindən ən azı bir ay əvvəl sifariş etməlidirlər. Toya bir neçə gün qalmış sifariş verildikdə isə seçimlər məhdud olur və istənilən modeldə avtomobil tapmaq çətinləşir. Ətraflı videomaterialda:
    Click here to Read more
    Prev Article
    Türkiyə parlamentinin sədr müavini vəfat etdi
    Next Article
    Hull City, averajla ligde kalmayı başardı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment