Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Tramp istədiyini aldı: Ukrayna ilə saziş imzalandı

    10 hours ago

    ABŞ Maliyyə Nazirliyi ABŞ ilə Ukrayna arasında imzalanmış "iqtisadi tərəfdaşlıq" sazişi barədə açıqlama yayıb. Bildirilib ki, bu saziş indiyədək göstərilmiş hərbi və maliyyə dəstəyinə qarşılıq olaraq ABŞ-a Ukraynanın təbii resurslarına çıxış imkanı yaradacaq. Valyuta.Az-ın verdiyi xəbərə görə, nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, "ABŞ-Ukrayna yenidənqurma investisiya fondu"nun yaradılmasına dair saziş imzalanıb. Rusiyanın genişmiqyaslı işğalından sonra ABŞ xalqının Ukraynanın müdafiəsinə göstərdiyi maliyyə və maddi dəstəyə toxunulan açıqlamada vurğulanıb: "Bu iqtisadi tərəfdaşlıq iki ölkəni ortaq resurslarımızın, bacarıq və imkanlarımızın Ukraynanın iqtisadi bərpasını sürətləndirmək üçün birgə istifadəsinə və investisiya yatırılmasına yönəldir". Məlumatda həmçinin bildirilib ki, ABŞ Prezidenti Donald Trampın (Donald Trump) rəhbərliyi ilə Maliyyə Nazirliyi və "ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyası" (DFC) bu proqramın idarə olunmasını təmin etmək və mühüm tərəfdaşlığı irəli aparmaq üçün Ukrayna ilə əməkdaşlıq edəcək. ABŞ maliyyə naziri Skott Bessent (Scott Bessent) məsələ ilə bağlı şərhində Trampın Rusiya ilə Ukrayna arasında davamlı sülhə nail olmaq istiqamətindəki səylərini vurğulayıb. Bessent bildirib: "Bu saziş Rusiyaya aydın şəkildə göstərir ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və rifahlı Ukraynanı mərkəzə alan bir sülh prosesinə sadiqdir." Nazir əlavə edib ki, Tramp bu tərəfdaşlığı ABŞ və Ukrayna vətəndaşları arasında daimi sülh və rifah naminə qarşılıqlı bağlılığı nümayiş etdirmək məqsədilə nəzərdə tutub. O vurğulayıb ki, Rusiyanın müharibəsini maliyyələşdirən və ya onu təchiz edən heç bir dövlət və ya şəxs Ukraynanın yenidən qurulmasından fayda götürə bilməyəcək. Açıqlamada yenidən vurğulanıb ki, bu saziş ABŞ-a indiyədək göstərdiyi hərbi və maliyyə dəstəyinin qarşılığında Ukraynanın təbii sərvətlərinə çıxış imkanı verəcək. Aydın  
    Click here to Read more
    Prev Article
    Kamran Əliyev yenidən Baş prokuror oldu
    Next Article
    İntiqam Babayevə Mədəniyyət Nazirliyində vəzifə verildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment