Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Tramp Kəşmir məsələsini həll edəcək? - ŞƏRH

    7 hours ago

    ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı ərazi mübahisəsinin həllini tapmaq istədiyini bildirib: "Müzakirə edilməsə də, mən bu böyük ölkələrin hər ikisi ilə ticarət həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyəm. Min ildən sonra Kəşmirdə bir həll tapmağın mümkün olub-olmadığını anlamaq üçün hər iki ölkə ilə işləyəcəyəm". Maraqlıdır, Tramp həqiqətən Hindistan-Pakistan arasındakı uzun illərdir davam edən problemi həll edə bilər, yoxsa başqa məqsədlər güdür?  Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlama verib. O bildirib ki, Tramp “ticarət həcmini artırmaq” niyyətində olduğunu açıq şəkildə ifadə edir: "Bu, ABŞ-nin həm Hindistanla, həm də Pakistanla iqtisadi əlaqələrini genişləndirmək istədiyini göstərir. Tramp administrasiyası üçün iqtisadi diplomatiya və siyasi təsirin iqtisadi alətlər vasitəsilə qurulması önəmli prioritet idi. Kəşmir problemi isə iki ölkə arasında iqtisadi əməkdaşlığa mane olan əsas baryerlərdən biridir".  Ekspert hesab edir ki, Kəşmir problemi üzərində vasitəçi kimi çıxış etmək Tramp administrasiyasına regionda nüfuzunu artırmaq üçün platforma verir: "ABŞ xüsusilə Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı Hindistanı strateji müttəfiq kimi saxlamaq istəyir. Pakistan isə həm Çinlə yaxınlığı, həm də Əfqanıstanla sərhəddəki mövqeyinə görə Vaşinqton üçün kritik əhəmiyyət daşıyır. Bu balansı qorumaq üçün ABŞ diplomatik “nəfəs borusu” kimi Kəşmir məsələsinə toxunur. Fikrimcə, Tramp beynəlxalq vasitəçi rolunda çıxış etməklə, daxili auditoriya qarşısında lider imicini gücləndirmək və Nobel Sülh Mükafatı səviyyəsində beynəlxalq tanınma qazanmaq arzusu da güdə bilər. Nəzərə almaq lazımdır ki, onun Şimali Koreya ilə danışıqlarda da bənzər ssenarilər müşahidə olunmuşdu". Lakin politoloqun sözlərinə görə, Trampın və ABŞ-nin bu problemi həll etməsi real görünmür: "Kəşmir məsələsi yalnız coğrafi deyil, həm də dərin ideoloji və dini kontekstə malik bir münaqişədir. Hindistan bunu daxili məsələ kimi qəbul edir və üçüncü tərəfin müdaxiləsinə qarşı çıxır. Pakistan isə daha çox beynəlxalq vasitəçilik istəyir. Bu da ABŞ-nin hər iki tərəfi razı salacaq şəkildə münaqişəyə müdaxilə etməsini çətinləşdirir. Trampın bəyanatı sülh təşəbbüsündə daha çox, ABŞ-nin regional təsirini artırmaq, iqtisadi maraqlarını gücləndirmək və beynəlxalq imicini formalaşdırmaq cəhdidir. Çünki Hindistan-Pakistan münaqişəsi kimi dərin köklü problemlərin “vasitəçiliklə” həll olunması isə çox az ehtimaldır.  Xüsusən də Trampın impulsiv və transaksional siyasət üslubunda bu ehtimal daha da azalır. Əslində, bu danışıq üslubu Trampda xasdır. Kəşmir probleminin həll edilməsi uzun və çətin bir yoldan keçir. Nəzərə almaq lazımdır ki, Pakistan, Hindistan və Çinin siyasi maraqları Kəşmirdə kəsişir".  Pərviz
    Click here to Read more
    Prev Article
    PKK terror təşkilatı özünü buraxdı
    Next Article
    Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment