Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Tramp kriptovalyutalardan milyardlar qazanır və BƏƏ-dən vəsait alır

    12 minutes ago

    ABŞ prezidenti Donald Tramp "World Liberty Financial" (WLFI) adlı şirkət yaradıb və bu şirkət vasitəsilə USD1 adlı kriptovalyutanı buraxaraq təşviq edir.  Valyuta.az "Bild"ə istinadən xəbər verir ki, bu steyblkoinlə aparılan əməliyyatlar artıq kriptobazarın iri iştirakçıları tərəfindən aktiv şəkildə istifadə olunur. Belə ki, 2025-ci ilin martında Birləşmiş Ərəb Əmirliklərinin dövlət investisiya şirkəti MGX dünyanın ən böyük kriptobirjası olan "Binance"ə 2 milyard dollar sərmayə yatırıb və bu, məhz USD1 vasitəsilə həyata keçirilib. USD1 - ABŞ dollarına bağlanmış sabit məzənnəli (stabil) kriptovalyutadır. Əslində, bu investisiyalar Trampın USD1-i nəzarətində saxlayan şəxsi şirkəti vasitəsilə həyata keçirilir. Steyblkoin bazara daxil olaraq likvidlik qazanır və bu, ABŞ prezidentinə USD1-i demək olar ki, risksiz şəkildə investisiya etməyə və milyonlarla gəlir əldə etməyə imkan verir. WLFI-nin qazancının 75 faizi Tramp ailəsinə (Donald Tramp və oğullarına) çatır. Qalan hissəni isə onun yaxın dostları - Stiv Uitkoff, eləcə də WLFI-nin təsisçiləri Zak Folkman və Çeyz Herro əldə edir. Məsələ burasındadır ki, Trampın şəxsi şirkəti faktiki olaraq BƏƏ-dən vəsait alır və bu, onun siyasi qərarlarına təsir göstərə bilər. ABŞ Senatının üzvü Elizabet Uorren bu vəziyyəti “müasir tarixdə ən böyük korrupsiya qalmaqalı” adlandırıb. Senatda prezidentlərin və onların ailə üzvlərinin kriptovalyuta buraxmasını və ya reklam etməsini qadağan edən qanun layihəsi təklif olunub. Bundan əlavə, ABŞ Senatında Tramp üçün mühüm sayılan GENIUS qanun layihəsi – steyblkoinləri, o cümlədən USD1-i tənzimləyəcək ilk qanun – səsvermədə rədd edilib. On bir demokrat senator gözlənilmədən bu təşəbbüsə qarşı çıxıb. Senator Kris Mörfi Trampı korrupsiyada ittiham edib və TRUMP adlı memkoini “prezidentin tarixdəki ən korrupsiyalaşmış addımlarından biri” adlandırıb. Bildirilib ki, Tramp bu kriptovalyutanın 80 faizinə sahibdir və onu prezident statusundan istifadə edərək təşviq edib. Belə ki, TRUMP-un 25 ən iri investoru prezidentlə eksklüziv şam yeməyinə və Ağ Evə ekskursiyaya dəvət olunub. Ağ Ev isə Trampın şəxsi qazanc əldə etdiyi iddialarını rədd edir. Prezidentin mətbuat katibi “Axios” portalına verdiyi açıqlamada bildirib: “Prezident aktivlərini ailə etibar fondunda yerləşdiriba. Maraqlar toqquşması yoxdur”. Donald Tramp isə özünü belə müdafiə edib: “Mən kripto ilə məşğul olmağa seçkilərdən çox əvvəl başlamışam”. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Xankəndində 2,9 milyonluq yataqxana təmiri
    Next Article
    Visa'dan Akdeniz Raporu: Türkiye, kartlı turizm gelirlerinde güçlü ilerleyişini sürdürüyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment