Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Trampın Krım qırarı BMT-ni məhv edə bilər

    1 day ago

    "ABŞ tərəfindən Krımın Rusiyanın bir hissəsi kimi tanınması BMT Nizamnaməsinə zərbə vuracaq və dünya nizamını təhdid edəcək".  HİT.az xəbər verir ki, bu barədə “Forbes” Vaşinqtonun əsas xarici siyasət analitik mərkəzlərindən biri olan Atlantik Şurasının aparıcı eksperti Piter Dikinsona istinadən yazır. Onun fikrincə, ABŞ tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması BMT Nizamnaməsinə birbaşa hücum olacaq: "BMT mahiyyət etibarilə İkinci Dünya Müharibəsindən sonra sərhədlərin güc yolu ilə dəyişdirilməsi ideyasını rədd edən yeni dünya nizamını dəstəkləmək üçün yaradılıb" O, iddia edir ki, ABŞ-ın belə bir qərarı dünya nizamına böyük ziyan vura və beynəlxalq təhlükəsizlik sisteminin fundamental prinsiplərini poza bilər. Bundan əvvəl Britaniyanın “The Telegraph” qəzeti yazmışdı ki, ABŞ prezidenti Donald Tramp Krımı Rusiyanın mülkü kimi tanımağa hazırdır, çünki o, bunu Ukraynada sülhün əldə olunması üçün məqbul qiymət hesab edir. Müəlliflər qeyd edirlər ki, Krımın mülkiyyəti məsələsi Trampın Moskva ilə Kiyev arasında münaqişənin həlli ilə bağlı təkliflərinin mərkəzində dayanıb. Samir
    Click here to Read more
    Prev Article
    Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı
    Next Article
    Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olundu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment