Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Trampın tarifləri Çin bazarını vurdu: Sifarişlər kəskin azaldı

    1 day ago

    Çindən idxal olunan məhsullara tətbiq edilən yüksək gömrük rüsumları nəticəsində fabrik sifarişləri azalıb.  Valyuta.az xəbər verir ki, Çin Logistika və Satınalma Federasiyasının rəsmi sorğusuna əsasən, ABŞ prezidenti Donald Trampın Çin məhsullarına 145 faizədək gömrük vergisi tətbiq etməsi ilə əlaqədar olaraq, apreldə Çində ixrac sifarişləri zəifləyib. AP agentliyinin məlumatına görə, Çin bəzi istisnalarla birlikdə ABŞ məhsullarına 125 faizədək vergi tətbiq edib. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri kimi yüksək texnologiyalı məhsullarda istifadə olunan bəzi strateji mineralların ixracına daha sərt məhdudiyyətlər tətbiq etmək kimi əks tədbirlər də elan olunub. Satınalma menecerləri indeksinin (PMI) göstəricisi mart ayında 50,5 olduğu halda, apreldə 49,0-a düşərək son 16 ayın ən aşağı səviyyəsinə enib. "Capital Economics" şirkətindən Zıçun Xuanq bildirib ki, PMI-dəki kəskin eniş, tariflərin təsirinin mənfi psixoloji amillər səbəbilə şişirdildiyini göstərsə də, xarici tələbin zəifləməsi Çin iqtisadiyyatının təzyiq altında olduğunu nümayiş etdirir. Çin iqtisadiyyatı 2024-cü ildə illik əsasda 5 faiz səviyyəsində sabit artım göstərib və hakim Kommunist Partiyası bu il üçün də təxminən eyni səviyyədə artım hədəfi qoyub. Trampın ticarət müharibəsini dərinləşdirməsi və istehsalçıları ABŞ-a istehsalı köçürməyə məcbur etmək üçün daha yüksək tariflər tətbiq etməsi vəziyyəti dəyişib. İqtisadçılar bu və gələn il üçün Çin iqtisadiyyatına dair proqnozlarını aşağı salıblar. "Capital Economics", 2025-ci ildə Çin iqtisadiyyatının yalnız 3,5 faiz artacağını proqnozlaşdırır. Çinin bəzi ixraclarının başqa ölkələrə yönləndirilməsi mümkün olsa da, Trampın ticarət müharibəsi ABŞ-da tənəzzül riskini artırıb və bu prosesin qlobal iqtisadiyyata təsir edəcəyi gözlənilir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Çin niyə kütləvi şəkildə qızıl alır? – Bu da səbəbi…
    Next Article
    Anadolu Efes evinde Panathinaikos'u durdurumadı! Seride geriye düştük...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment