Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO

    17 hours ago

    Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Statistikalar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Valyuta.az İTV-yə istinadən xəbər verir ki, bir çox alıcı artıq onlayn alış-verişin sərfəli olmadığını düşünür. Əvvəllər mütəmadi olaraq onlayn sifariş verən və qiymətləri münasib hesab edən alıcılar indi bu vərdişlərindən uzaqlaşıblar. "İndi mən artıq almıram. Əvvəllər az da olsa sifariş edirdim və qiymətlər mənim üçün daha sərfəli idi. İndi əvvəlki qiymətlər olmadığı və bir qədər də bahalaşdığı üçün o qədər də üstünlük vermirəm. Türkiyədən birbaşa brendin saytından sifariş verirdim. İndi isə görürəm ki, artıq orada da qiymətlər yavaş-yavaş qalxır. Bəlkə də buradakı qiymətlərlə o qədər də fərqlənmir. Yenə də qiymətə baxıram, hansı münasibdirsə, ondan istifadə edirəm", - deyə alıcılardan biri bildirib. Sorğular da göstərir ki, alıcıların əksəriyyəti onlayn alış-verişi artıq sərfəli hesab etmir. Son dövrlərdə Türkiyədə baş verən iqtisadi dəyişikliklər, inflyasiya və valyuta bazarındakı dalğalanmalar geyim qiymətlərinin artmasına səbəb olub. Bununla yanaşı, çatdırılma xərclərinin və gömrük rüsumlarının yüksəlməsi də əsas amillər sırasındadır. Hazırda Türkiyədən onlayn sifariş vermək əvvəlki dövrlərlə müqayisədə daha baha başa gəlir. Ətraflı süjetdə:
    Click here to Read more
    Prev Article
    Winter coat exchange leads to 2,400 donations
    Next Article
    Azərbaycan 4 ayda 9 milyon tondan çox neft-kondensat hasil edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment