Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Uber" "Trendyol Go"nun 85 faizini 700 milyon dollara satın aldı

    11 minutes from now

    ABŞ-ın beynəlxalq nəqliyyat şəbəkəsi şirkəti olan "Uber" Türkiyədə fəaliyyət göstərən onlayn çatdırılma platforması "Trendyol Go"nun 85 faiz səhm payını 700 milyon ABŞ dolları müqabilində əldə edib. Valyuta.az xəbər verir ki, "Trendyol" qrupunun 6 may 2025-ci il tarixində verdiyi açıqlamaya görə, artıq şirkət səhmlərin əksəriyyətinin "Uber Technologies"ə verilməsi üçün razılıq əldə edib. Satınalma əməliyyatı müvafiq tənzimləyici orqanların təsdiqindən sonra yaxın aylarda tamamlanacaq. Əməliyyat başa çatdıqdan sonra, "Trendyol Go" tətbiqi əvvəlki kimi müştərilərə, satıcılara və kuryerlərə xidmət göstərməyə davam edəcək. Bununla yanaşı, "Uber" özünün qlobal çatdırılma platforması olan "Uber Eats"in əsas funksiyalarını "Trendyol Go" üzərindən təqdim edəcək. "Trendyol" qrupunun rəhbəri Çağlayan Çətin açıqlamasında bildirib: “Yeni struktur ilə ‘Trendyol Go’nun böyüməyə və güclənməyə davam edəcəyinə inamımız tamdır.” "Uber" şirkətinin baş direktoru Dara Xosrovşahi isə qeyd edib: “Uber və ‘Trendyol Go’nun birləşməsi, xüsusilə kiçik və ailə müəssisələri olmaqla, istehlakçılar, kuryerlər, restoranlar və pərakəndə satışçılar üçün Türkiyədə çatdırılma sektorunu yeni mərhələyə daşıyacaq.” Hazırda "Trendyol Go" platforması Türkiyə üzrə 19 min kurye vasitəsilə 90 mindən çox restoran və marketdən alış-veriş və yemək çatdırılması xidmətləri təqdim edir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Şirvanda 700 min manatlıq yol təmiri
    Next Article
    Bu yol ikinci dəfə çökdü -

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment