Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Uğursuzluqdan dərs alıb yoluna davam etməyin 6 yolu - SƏHƏR OXUSU

    2 hours ago

    Sahibkarlıq elə bir yoldur ki, hər addımında həm həyəcan var, həm risk. Bəzən hər şey yaxşı gedir, bəzən isə yorulursan, sıxılırsan, hətta dayanmaq istəyirsən. Hamı ancaq uğurdan danışır, amma uğursuzluqdan danışan azdır. Halbuki uğursuzluq da bu yolun bir hissəsidir və çox vaxt ən dəyərli dərsləri məhz ordan alırıq. Valyuta.az bu yazıda sizə uğursuzluğun necə bir fürsətə çevrilə biləcəyini, bu vəziyyətdə hansı yanaşmaların sizi ayaqda tutacağını və hətta daha güclü edəcəyini izah edəcək. Çünki uğursuzluq son deyil, o, sadəcə yeni bir başlanğıcın xəbərçisidir. Vəziyyəti qəbul edin Nəzarətinizdə olmayan şeyləri aydın şəkildə anlayın. Unutmayın ki, bu bir marafondur. Kədərli hissləri tez bir zamanda arxada qoyun və bu vəziyyəti bir dərs kimi görüb yolunuza davam edin. Unutmayın, siz tək deyilsiniz. Ətrafınızda sizin kimi düşünən insanlar olsun.  Sahibkarla münasibət qurmağın ən gözəl tərəfi, ətrafınızda sizin kimi düşünən insanların olmasıdır. Sahibkarlar yaxşı və pis günlərdə bir-birini dəstəkləyir. Fasilə verin Nə qədər inansanız da, etdiyiniz işdən bir addım geri çəkilin. Dərin nəfəs alın. Layihəyə bir müddət ara verin. Ailənizi və dostlarınızı ziyarət edin. Cəmi bir həyatımız var və zaman sürətlə keçir. Bu imtahanı keçəcəksiniz, lakin qalib gəlmək istəyirsinizsə, əvvəlcə boş fikirlərdən azad olmaq lazımdır. Döyüşə hazır olun Bu hər kəsin daşıya biləcəyi bir yük deyil. Bu, oyunda hisslərinizi bir kənara qoymalısınız. Bu bir işdir, bu bir döyüşdür. Özünüzü toplayın, yenidən hücuma keçin. Həyata keçirdiyiniz layihə uğur qazanmadımı? Pis olmayın. Əgər həvəsiniz, zəhmətsevərliyiniz, iradəniz varsa və bu keyfiyyətlərinizi doğru layihəyə yönəltsəniz, yenidən uğur qazacaqsız. Realist olun Bir gecədə uğur qazanmaq mümkün deyil. Uğurlu işlər illərlə vaxt tələb edir. Tələskən insanlar daha çox səhv edir. Əgər 100 uğurlu sahibkara anket keçirib ilk məhsullarında uğur qazanıbmı deyə soruşsanız, 99%-i uğursuz olduğunu deyəcək. Müsbət olmağı öyrənin Hər hansı bir qərar verməzdən və ya riskə girməzdən əvvəl, mövcud fərziyyələrinizin doğruluğunu obyektiv şəkildə yoxlayın. Unutmayın ki, bu gün sahib olduğunuz bilik və resurslarla daha pozitiv və rasional düşünmə bacarığını inkişaf etdirmək mümkündür. Uğursuzluğu qəbul edin. Uğursuzluq əla bir şeydir. Unutmayın, uğursuzluq sizi uğura yaxınlaşdırır. Günay
    Click here to Read more
    Prev Article
    Durmak yok boykota devam! McDonald’s boykot sebebiyle batıyor!
    Next Article
    Bu oğlan xəstəliyinə görə gündüzlər çölə çıxmır, axşamlar aramızdadır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment