Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Ulduz döyüşləri"nin uçan motosikletləri gerçəyə çevrilir - "Airbike" (FOTO/VİDEO)

    4 hours ago

    "Star Wars" (Ulduz döyüşləri) pərəstişkarlarını həyəcanlandıracaq yeni bir texnoloji yenilik gerçəkləşib.  Valyuta.az xəbər verir ki, Polşanın "Volonaut" adlı şirkəti film seriyasındakı "speeder" adlı uçan motosikletlərdən ilham alaraq "Airbike" adlı bir cihaz hazırladığını açıqlayıb. Yeni nəsil bu hava nəqliyyatı vasitəsi saatda 150-200 km sürətə çata bilir və ən əsası, uçmaq üçün pervanəyə ehtiyac duymur. "Speeder" - "Star Wars" filmlərində tez-tez qarşımıza çıxan, yerdən bir neçə metr yüksəklikdə sürətlə hərəkət edən uçan motosikletlərə verilən addır. Bu cihazlar, gələcək texnologiyalarının rəmzi kimi qəbul olunur. "Volonaut" şirkətinin verdiyi məlumata görə, "Airbike" dünyada pervanə istifadə etmədən uça bilən ilk hoverbikedır. Qurğunun gövdəsi və aerodinamik quruluşu ilə "Star Wars"dakı "speeder"lərə bənzədiyi qeyd olunur. Şirkətin paylaşdığı videolarda, cihazın üzərində oturan bir şəxsin havada asanlıqla süzülməsi və bir anlıq sabit şəkildə dayanaraq kameraya əl sallaması görünür. "Bu inqilabi dizayn, məşhur elmi-fantastik filmlərdə yer alan speeder velosipedlərinə çox bənzəyir", deyə şirkət qeyd edir. "Airbike" haqqında texniki məlumatlar hələlik gizli saxlanılır. Şirkətin qurucusu, polşalı ixtiraçı Tomas Patanın rəhbərliyi ilə cihazın "gizli inkişaf mərhələsindən" yeni çıxdığı bildirilib. "Volonaut" "Airbike"ni “səmalara yönəlmiş super velosiped” kimi xarakterizə edir və qurğunun jet mühərriki ilə çalışdığını da əlavə edir. Lakin satış tarixi və şərtləri barədə hələ heç bir rəsmi açıqlama verilməyib. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    What are the challenges facing the government's immigration plan?
    Next Article
    5 manatlıq şirkətin 235 min manat vergi borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment